top of page
SARS-Cov-2

 

Alimin sözlərinə görə, 1003 nəfər kombinə edilmiş terapiya sayəsində koronavirusdan sağalıb.

 

 Bir müddət əvvəl CoVid-19 virusunu yeni metodla müalicə etdiyini bildirən alim sağalmış insanların sayını açıqlayıb. Nəticələr həqiqətən də heyrətləndirməyə bilməz.

 Fransanın Marsel şəhərində yerləşən "Aralıq dənizi İnfeksion Xəstəliklər institutu"-nun rəhbəri Didye Raul bildirib ki, onun hazırladığı yeni müalicə metodu çox effektiv olub. Bu barədə məlumat alimin Tvitter səhifəsində və rəhbərlik etdiyi təşkilatın rəsmi saytında əks olunub.

 İnstitutda müalicə alan 1004 nəfərdən 1003-ü sağalıb, bir nəfər isə dünyasını dəyişib. Raulun hazırladığı metodika malyariya əleyhinə preparat - hidroksixloroxindən istifadəyə əsaslanır. Bakterial superinfeksiyaların yaranmasının qarşısını almaq məqsədilər pasiyentlər onu azitromitsin antibiotiki ilə birlikdə qəbul ediblər.

 Bundan öncə də Didye Raul və onun kolleqaları hidroksoxloroxin və azitromitsinin koronavirus infeksiyasından 1 həftəyə müalicə etdiyi barədə məlumat vermişdilər. Lakin öncəki təcrübələr azsaylı xəstələr üzərində (24 və 80 nəfər) aparılmışdı. Bu dəfə isə say kifayət qədər çoxdur və bu səbəbdən Raulun işi elm ictimaiyyəti tərəfindən diqqətə alına bilər.

 Lakin bu barədə qəti fikir söyləmək üçün hələ tezdir. Çünki, qeyd olunan preparat - hidroksoxloroxinin effektivliyini sübut edən hər hansı bir elmi məqalə rəsmi elmi jurnallarda dərc olunmayıb.

Didye Raul

 Londonda yerləşən universitet kolleclərindən birinin mütəxəssisi, sistem biologiyası üzrə professor Fransua Ballunun sözlərinə görə, ilk iki eksperimentin nəticəsi hələ heç nə demək deyil. O, öz tvitter hesabında belə bir fikir paylaşıb: "Pasiyentlərin əksəriyyəti CoVid-19 infeksiyasından sağalır, hidroksoxloroxin istifadə olunsa da, olunmasa da. "

 Fransalı alimin işini şübhə altına alanlar həm də o fakta diqqət çəkirlər ki, tədqiqat ağır koronavirus xəstələri üzərində aparılmayıb.

 Qeyd edək ki, bu yaxınlarda rusiyalı alimlər də SARS virusu ilə mübarizədə malyariya əleyhinə preparatın istifadəsinin mümkünlüyü barədə fikir irəli sürmüşdülər.

 Mənbə : naked-science.ru

bottom of page