Yeni lazer texnologiyası alüminiumun plastiklə ərintisini yaratmağa imkan verir.

  Fraunqfer materialşünaslıq və şüa texnologiyaları institutundan olan bir qrup alim alüminium və plastiki bir-biri ilə möhkəm bağlamağa imkan verən yeni texnologiya hazırlayıblar. 

  Bir müddət əvvəl almaniyalı bir qrup mühəndis alüminiumun plastiklə yapışdırılmasının yeni üsulunu təklif ediblər. Proses alüminium lövhələrin infraqırmızı lazerlərlə öncədən işlənməsi hesabına həyata keçirilib. Tədqiqatçıların işləri Journal of Laser Applications jurnalında dərc olunub. Həmin məqalədə onlar alüminiumun səthinin arasıkəsilməz lazerlə kobudlaşdırılması hesabına onun termoplastik poliamid ilə yapışmasını və daha yüksək adgeziyanın əldə olunmasını ətraflı təsvir ediblər.

  "Digər üsullarda sizin əlinizdə plastik və metal fraqment olur və siz onları birləşdirmək istəyirsiniz. Yüksək təzyiq altında tökmə zamanı biz plastiki metal fraqment üzərində yaradırıq. Alınmış nəticəni termiki presləmə və digər qarışdırma texnologiyaları ilə müqaisə etmək çətindir, belə ki, onların hər birinin özünəməxsus temperatur intervalı mövcuddur." - deyə, tədqiqatın rəhbəri Yana Gebauer bildirib.

  Qeyd olunan problemləri həll etmək məqsədi ilə Gebauer və həmkarları 20 pikosaniyə müddətində arasıkəsilməz və pulsasiya edən lazerlərdən istifadə ediblər. Bu yolla onlar alüminium səthində poliamidlə ilişməni təmin edə biləcək kələ-kötürlüklər yaratmağı planlaşdırırdılar. Sonra onlar həmin alüminium lövhələri tökmə qəliblərə yerləşdiriblər və onların üzərinə termoplastik poliamid tökülüb. Qeyd edək ki, bu polimer növü neylon lifləri sırasındandır və elektroalətlərin, maşın vintlərinin və digər hissələrin hazırlanmasında istifadə olunur.

  Daha sonra Gebauer və həmkarları alınmış nəticələri müqaisə etmək məqsədilə materialların səthinin topoqrafiyasını nəzərdən keçiriblər. Eyni zamanda hansı parametrlərin daha möhkəm yapışmaya gətirib çıxardığını müəyyən etməkdən ötrü mexaniki sınaqlar həyata keçirilib.

  Üçölçülü optik konfokal mikroskopiya və elektron mikroskopiya vasitəsilə aparılan müşahidələr onu göstərib ki, pulsasiya edən lazerlə işlənmiş alüminium nümunələr kəsilməz lazerlə işlənmiş nümunələrlə müqaisədə daha nizamlı daxili quruluşa malik olublar.

2017  ©  kimyachi.com

 Bütün hüquqlar qorunur.

Bizi izləyin :

  • Facebook - Grey Circle
  • Twitter - серый круг
This site was designed with the
.com
website builder. Create your website today.
Start Now