Çirkab sularından qalan bio-tullantılardan ekoloji kərpiclər hazırlanacaq.

 Məlumdur ki, məişət və sənaye çirkab suları xüsusi təmizləmə qurğularından keçirilir. Bu təmizləmə prosesləri nəticəsində biosolidlər adlanan qalıqlar əmələ gəlir. Biosolidlər - bəzən gübrə istehsalında istifadə olunan üzvi materiallardır. Əksər hallarda isə bu materiallar sadəcə tullanır.

  Avstraliyalı alimlər hesab edirlər ki, bu tullantılar tikinti sahəsində - konkret olaraq ekoloji kərpiclərin istehsalında tətbiq oluna bilər. Bu yanaşma sayəsində tonlarla bioloji tullantıların çürüdüyü sahələri təmizləmək mümkün olacaq. O tullantılar ki, parçalanaraq atmosferə istixana qazları xaric edirlər və nəticədə ekoloji problemlər dərinləşir.

  Melburn Kral Texnoloji Universitetinin tədqiqatçıları öz yeni işlərində gil və biosolidlərdən ibarət qarışıqlardan kərpic hazırlanmasını nümayiş etdiriblər. Qarışıqda bioloji tullantıların miqdarı 10 - 25 % arası olub.

  Tədqiqat zamanı məlum olub ki, tərkibi 25 % biosolidlərdən ibarət olan kərpiclərin bişirilməsi zamanı tələb olunan enerjinin miqdarı adi kərpiclərin istehsalı üçün tələb olunan enerji miqdarından təxminən iki dəfə azdır. Müəlliflərin sözlərinə görə, bu yolla tikinti materialları istehsal edən zavodların tullantılarının miqdarını azaltmaq mümkün olacaq.

  Müxtəlif eksperimentlərin gedişatında müəyyən edilib ki, kərpiclərin mexaniki davamlılığı onların tərkibində biosolidlərin miqdarı artıqca yüksəlir. Eyni zamanda digər sınaqlar zamanı məlum olub ki, biosolidlərin tərkibinə daxil olan ağır metalların 43 - 99 %-i kərpicin daxilində qalmaqla, ətraf mühitə zərər vurmur.

  Mənbə : vesti.ru

2017  ©  kimyachi.com

 Bütün hüquqlar qorunur.

Bizi izləyin :

  • Facebook - Grey Circle
  • Twitter - серый круг
This site was designed with the
.com
website builder. Create your website today.
Start Now