Coğrafi adlarla adlandırılmış kimyəvi elementlər.

Dövri sistem cədvəlində yerləşən kimyəvi elementərin adlarının müxtəlif yaranma tarixi var. Onların bəziləri elə öz dilimizdə (dəmir, mis, qızıl, gümüş və s.) ifadə olunur. Elə elementlər də var ki, onların adları coğrafi adlardan əmələ gəlib. Düzdür, bu elementlərin də hamısını müəyyən etmək mümkün deyil. Belə ki, onlardan bəzilərinin adları konkret toponimlərlə əlaqəli olsa da, digərlərinin adları qədim latın dilindədir. Bu məqalədə onların bəziləri ilə tanış olacağıq. Evropium (Eu) - Avropa qitəsinin şərəfinə adlandırılmışdır. Fransız kimyaçısı Ejen Demarse tərəfindən kəşf edilib və adlandırılıb. Amersium (Am) - 1944 - cü ildə Çikaqo Universitetində süni yolla əldə olunub. Amerikanın şərə

Qaynaq zamanı əmələ gələn duman nə ilə təhlükəlidir ?

Bir çoxları ömründə bir dəfə də olsa metalların qaynaq edilməsinin canlı şahidi olub. Bəziləri isə ümumiyətlə gündəlik olaraq bu işlə məşğuldurlar. Qaynaq zamanı adətən ətraf tüstü və dumana bürünür, xoşagəlməz qoxu gəlir. Səbəbini dəqiq bilməsək də, intuitiv olaraq başa düşürük ki, bu dumanda nəfəs almaq elə pis qoxusundan da məlum olduğu kimi, zərərli ola bilər. Bəs onun zərəri konkret olaraq nədən ibarətdir və nə dərəcədədir ? - Bu barədə bu məqalədə danışılacaq. Elektrik qaynağı zamanı elektrod və əridilən metal arasında güclü elektrik qövsü qayranır. Nəticədə metal və elektrod (əgər əriyən elektrod götürülübsə) əriyir. Bu zaman elektrodun təxminən 3 % - i və əridilən metalın cüzi hissəs

Sabundan şam hazırlanması.

Məlumdur ki, keçmiş zamanlarda şamları stearindən alırdılar. Bu səbəbdən stearin əldə etməklə biz də asanlıqla şam hazırlaya bilərik. Stearini isə hamımıza tanış olan 72 % - li təsərrüfat sabunundan əldə etmək olar. Orta məktəb kursunu yadınıza salın: sabun istehsalında stearin turşusundan istifadə olunur. Beləliklə, başlayaq ! Stearini almaq üçün lazım olan ləvazimatlar : 72 % - li sabun lazımsız qazan sirkə turşusu (uksus) qarışdırmaq üçün taxta parçası Əvvəlcə sabunu xırda hissələrə parçalayırıq və hər hansı köhnə və lazımsız (amma təmiz !) qazana tökürük. Daha sonra qazana sabunun üzərinə çıxacaq qədər su tökürük. Sonra qarışığı su hamamında (içərisinə su doldurulmuş başqa qazanın içində

2020  ©  kimyachi.com

 Bütün hüquqlar qorunur.

Bizi izləyin :

  • Facebook - Grey Circle
  • Twitter - серый круг
This site was designed with the
.com
website builder. Create your website today.
Start Now