Atmosferdə oksigenin miqdarı 2 dəfə artsa nə baş verər ?

Biz gün ərzində təxminən 23000 dəfə nəfəs alırıq. Bu zaman beynimiz və bədən hüceyrələrimiz üçün tələb olunan oksigeni əldə edirik. Bu oksigenin nə üçün lazım olduğu barədə əvvəlki postlarımızda danışmışıq. Yer atmosferinin təqribən 78 %-i azotdan, 21%-i isə oksigendən ibarətdir. Heç düşünmüsünüzmü, əgər oksigen bu miqdardan məsələn, 2 dəfə artıq olsa yerdə yaşayan canlılarda hansı dəyişikliklər baş verər ? İlk olaraq diqqətinizi çəkən o olacaq ki, həşəratlar nəhəng ölçülərə qədər böyüyəcəklər. Əksər həşəratlar traxeya adlanan borucuqlar vasitəsilə tənəffüs edirlər. Alimlərin fikrincə, atmosferdə oksigenin miqdarı daha çox olarsa, bu traxeyalara da daha çox oksigen daxil olacaq və nəticədə h

Dünyanın ən radioaktiv gölü - Karaçay...

İnsan övladının təbiətə və ətraf mühitə vurduğu zərər hər ötən gün daha da artır. Bütün dünyada əhalinin artması ilə enerjiyə və həyat üçün tələb olunan digər amillərə tələbat da artır. Daha çox tələbat daha çox istehsal deməkdir, daha çox istehsal isə, daha çox tullantıların yaranmasıdır. Bütün bu tullantılar isə hara tökülür ? - Əlbəttə ki, təbiətə. Bu gün ətraf mühitə atılan kimyəvi tullantıları ən müxtəlif növlərə ayırmaq olar. Zavodlardan ayrılan tüstü və zərərli qazlar, avtomobil və təyyarə mühərriklərindən ayrılan karbon qazı, istehsal prosesləri zamanı əmələ gələn müxtəlif kimyəvi maddələr və ən nəhayət atom enerjisinin əldə edilməsi zamanı əmələ gələn radioaktiv tullantılar. Bu məqa

Teflon - həyatımızı rahatlaşdıran təsadüfi kəşf

Teflon və onun bir çox törəmələri ən müxtəlif sahələrdə, məsələn, avtomobillərdə ön şüşə təmizləyicilərində, şüşələrin üzərlərinə çəkilən örtüklərdə, yarımkeçirici istehsalında, islanmayan örtüklərin və ən nəhayət yanmayan tavaların hazırlanmasında istifadə olunur. Teflonu təsadüfən kəşf edən insan isə doktor Roy Plankett olub. O, işlədiyi şirkətdə kükürd 4-oksid və ammiak kimi xladagentlərin alternativləri üzərində çalışarkən buna nail olub. 1938 - ci ildə doktor Plankett və köməkçisi Cek Rebok xladagentlərin alternativlərindən biri tetraflüoretilen (TFE) üzərində təcrübələr aparırdılar. Bu, maddə flüorun karbonla əmələ gətirdiyi rəngsiz qazdır. Təcrübələr nəticəsində Plankett təqribən 45 k

Niyə biz tənəffüs zamanı məhz karbon qazı xaric edirik ?

Hamımız bilirik ki, insanlar tənəffüs prosesində havadan oksigeni alır, karbon qazını isə xaric edirlər. Bəs düşünmüsünüzmü nəyə görə məhz karbon qazı ? Ümumiyyətlə, bu qaz orqanizmdə necə əmələ gəlir ? Tənəffüs prosesinin mahiyyəti. Ağciyərlər və ümumilikdə tənəffüs prosesinin mexanizmi barədə danışmayacağıq, çünki bu, biologiya sahəsinə aiddir və hər biriniz bu barədə yəqin ki, az-çox məlumatlısınız. Biz hüceyrə səviyyəsində tənəffüs və qazlar mübadiləsini nəzərdən keçirəcəyik. Qazlar mübadiləsi ağciyərdə, daha konkret olsaq, ağciyəri təşkil edən mikroskopik ölçülü qovuqcuqlarda - alveollarda baş verir. Burada qan hüceyrələri özləri ilə gətirdikləri karbon qazını boşaldır, əvəzində oksigen

2020  ©  kimyachi.com

 Bütün hüquqlar qorunur.

Bizi izləyin :

  • Facebook - Grey Circle
  • Twitter - серый круг
This site was designed with the
.com
website builder. Create your website today.
Start Now