Atmosferdə oksigenin miqdarı 2 dəfə artsa nə baş verər ?
Biz gün ərzində təxminən 23000 dəfə nəfəs alırıq. Bu zaman beynimiz və bədən hüceyrələrimiz üçün tələb olunan oksigeni əldə edirik. Bu oksigenin nə üçün lazım olduğu barədə əvvəlki postlarımızda danışmışıq. Yer atmosferinin təqribən 78 %-i azotdan, 21%-i isə oksigendən ibarətdir. Heç düşünmüsünüzmü, əgər oksigen bu miqdardan məsələn, 2 dəfə artıq olsa yerdə yaşayan canlılarda hansı dəyişikliklər baş verər ? İlk olaraq diqqətinizi çəkən o olacaq ki, həşəratlar nəhəng ölçülərə