CERN daha güclü zərrəcik sürətləndiricisi yaratmağı planlaşdırır.

 Dünyanın ən böyük zərrəcik sürətləndiricisi - Böyük adron kollayderinin fəaliyyətinə cavabdeh olan Avropa Nüvə Tədqiqatları Təşkilatı (CERN) yeni sürətləndiricinin layihə konseptini təqdim edib. Yeni zərrəcik sürətləndiricisinin öz sələfindən 10 dəfə daha güclü olacağı planlaşdırılır.

  Böyük adron kollayderinin (BAK) davamçısını hələlik "Gələcək tsiklik kollayder"(Future Circular Collider) adlandırırlar. Onun 2040-cı ilə kimi istifadəyə verilməsi planlaşdırılır. Fiziklərin fikrincə, yeni qurğu fizikanın böyük sirrlərinə cavab tapmağa imkan verəcək.

  Qeyd edək ki, BAK artıq 10 ildir ki istifadə olunur. Onun köməkliyi ilə bir çox yeni elmi açılışlar edilib ki, onlardan ən əhəmiyyətlisi sözsüz ki, Hiqqs bozonunun mövcudluğunun təsdiqidir.

  Yeni zərrəcik sürətləndiricisinin konseptual modelində gələcək qurğunun inkişafının bir neçə variantı nümayiş olunub. Belə ki, qurğu elektronları pozitronlarla,  protonları protonlarla və ionları ionlarla ağlasığmaz enerji ilə toqquşdura biləcək.

  Son hədəf ümumi uzunluğu 100 kilometrə çatan tunelşəkilli sürətləndiricinin hazırlanmasıdır. Bu kollayder zərrəcikləri 100 teraelektronvolt (TeV) enerji səviyyəsində bir-birinə "çırpacaq".

  Böyük tsiklik elektron - pozitron kollayderinin yaradılmasına 9 milyard yevro tələb oluna bilər. Bu məbləğin 5 milyardı 100 km uzunluqlu tunelin tikilməsinə sərf olunacaq.

  Yeni layihə tənqid atəşindən də yan keçməyib. Belə ki, bir çox elm adamları bu qədər böyük məbləğin yalnız bir layihəyə sərf olunmasının əleyhinə çıxış ediblər. Onların fikrincə, həmin məbləği daha önəmli problemlərin tədqiqatına, məsələn iqlim dəyişikliyi ilə mübarizəyə sərf etmək olar.

  Mənbə : vesti.ru

2017  ©  kimyachi.com

 Bütün hüquqlar qorunur.

Bizi izləyin :

  • Facebook - Grey Circle
  • Twitter - серый круг
This site was designed with the
.com
website builder. Create your website today.
Start Now