Çinli alimlər misi "qızıla" çevirməyi bacarıblar.

  Dalyan kimyəvi fizika İnstitutunun professoru Sun Tsyan və onun kolleqaları misi xassələrinə görə qızıla çox bənzəyən metala çevirməyə nail olublar. Bu məqsədlə onlar misi elektrik yüklü, qaynaq arqonla "atəşə tutublar". Bu zaman çox sürətlə hərəkət edən ionlaşmış zərrəciklər mis atomlarını nümunədən vurub çıxarıblar. Bu atomlar sonradan soyuyaraq və kondensləşərək toplayıcı qurğunun səthinə yığılmağa başlayıblar. Yığılan nümunə nazik toz örtüyü əmələ gətirib. Hər bir toz hissəciyi bir neçə nanometr diametrində olub.

  Alınmış materialı tədqiqatçılar kömürdən spirt alınması prosesində katalizator kimi istifadə etmək məqsədilə reaksiya kamerasına yerləşdiriblər. Qeyd olunan proses çox mürəkkəb sintez prosesidir və bu reaksiyanın aparılması zamanı yalnız dəyərli metallar (qızıl, gümüş, platin və s.) katalizator kimi istifadə olunur. Sınaq zamanı mis nanohissəcikləri çox yaxşı katalitik nəticələr göstəriblər. Bu nəticələr qızıl və gümüş kimi katalizatorların göstəricilərinə yaxın olub. 

  Mütəxəssislər qeyd edirlər ki, yeni material elektronikada qızıl və bu kimi dəyərli metalları tamamilə əvəz edə bilməsə də, bir çox üstünlüklərə malikdir. Belə ki, o, yüksək temperatura, oksidləşməyə və erroziyaya qarşı davamlılıq göstərir.

  Tədqiqatçılar onu da vurğulayıblar ki, yeni metal istehsalatda dəyərli və nadir metalların istifadəsini xeyli azalda biləcək.

2017  ©  kimyachi.com

 Bütün hüquqlar qorunur.

Bizi izləyin :

  • Facebook - Grey Circle
  • Twitter - серый круг
This site was designed with the
.com
website builder. Create your website today.
Start Now