Rusiyalı alimlər su hövzələrinin neftdən təmizlənməsi üçün yeni metod hazırlayıblar.

 Məlumdur ki, hazırda dəniz və okeanların neft tullantıları ilə çirklənməsi qlobal problemlərdən biridir. Bu problemsu ekosistemlərinə ciddi ziyan vurur ki, bu ziyanın da bir tərəfi insanlara toxunur.

  Murmansk dəniz bioloji İnstitutuRusiya Elmlər Akademiyasının cənub bölməsindən olan tədqiqatçılar dəniz sularının neft qalıqlarından təmizlənməsi üçün yeni effektiv biofiltrlər hazırlayıblar. Onların hazırladıqları biotexnoloji layihə yosunlardan istifadəyə əsaslanıb. Tədqiqatçıların sözlərinə görə, suya dağılmış neft qalıqlarının yığılması üçün daha effektiv yol - çirklənmiş sahənin yosunlardan hazırlanmış biofiltrlər ilə əhatə olunmasıdır. Belə filtrlər nefti daha sadə komponentlərinə parçalaya biləcək.

  Alimlər biofiltrlərin hazırlamasında fukus növünə mənsub olan yosunlardan istifadə etməyi təklif ediblər. Bu yosun yüksək dözümlülüyü ilə seçilir. Belə ki, onlar -2° C-dən +30° C-yə qədər olan temperatur intervalında yaşaya bilirlər. Onların neft məhsullarına qarşı davamlılıq intervalı hər litrə 50 mq təşkil edir.

  Aparılmış eksperimentlər göstərib ki, lazımi qaydada düzülmüş bir neçə kiloqram belə yosun suda olan bir neçə ton neft məhsulunu utilizasiya edə bilir.

  

  Mənbə : vesti.ru

2017  ©  kimyachi.com

 Bütün hüquqlar qorunur.

Bizi izləyin :

  • Facebook - Grey Circle
  • Twitter - серый круг
This site was designed with the
.com
website builder. Create your website today.
Start Now