top of page
diş minası

 

Kimyaçılar diş minasının bərpası üçün sadə üsul kəşf ediblər.

 

 İnsan dişinin xarici mina və ya diş emalı adlanan qatla örtülmüşdür. Bu unikal qat insan orqanizmində olan ən möhkəm toxumadır. Onun tərkibi 96% minerallardan ibarətdir və ən müxtəlif təsirlərə davam gətirə bilir. Buna baxmayaraq, diş minası turşulara qarşı çox davamsızdır.

 Müxtəlif qida və içkilər ağızda turşuluğu artırmaqla diş minasını zədələyir. Bu zədələr də öz növbəsində kariesə gətirib çıxarır. Təssüf ki, diş minası təbii olaraq bərpa oluna bilmir. 

 Buna qədər diş minasının müxtəlif maddələr - kompozit materiallar, keramika və amalqama ilə bərpasına cəhd göstərilsə də, bu cəhdlərin hamısı uğursuzluqla nəticələnib.

 Bir müddət əvvəl çinli alimlər təcrübə əsnasında müşahidə ediblər ki, kalsium və fosfat ionlarının trimetilaminlə spirt məhlulunda qarışdırılmasından təbii diş minasının strukturuna bənzər quruluşlu material əmələ gəlir. Alınan materialın insan dişlərinə çəkilməsi zamanı mina qatının bərpası müşahidə olunub.

 Maraqlıdır ki, süni emal növbəti 48 saat ərzində təbii minanın quruluşunu və mexaniki xüsusiyyətlərini əldə edib.

 Aşağıdakı şəkildə bərpa prosesi təsvir olunub: Ortada - üzərinə yeni material çəkilmiş diş, sol tərəfdə - diş minasının əvvəlki, sağ tərəfdə isə sonrakı vəziyyətinin mikroskop altında görünüşü təsvir olunmuşdur.

Diş minasının bərpası

 Tədqiqatın müəlliflərindən biri Liu Tsaom yeni material haqda bunları deyib:

 - "Təcrübə zamanı insan toxumalarına bənzər quruluşlu materiallardan istifadə olunub. Bunun sayəsində biz diş minasının tam olaraq bərpasına nail olmuşuq."

  Qeyd edək ki, elmi tədqiqatın nəticələri "Science Advances" nəşrində dərc olunub.

 Mənbə : nauka.vesti.ru

bottom of page