Dövri sistem. Dövri qanun.

  Dövri sistemin yaranma tarixi. Təbiətdə 92 kimyəvi element mövcuddur. Kimyaçılar həmişə bu elementləri vahid bir məntiqli sxemdə cəmləşdirmək arzusunda idilər. 1864 – ci ildə alman kimyaçısı Meyer 27 elementi onların atom kütlələrinin artması ardıcıllığı ilə sıraladı və sonra bu elementləri hər birində 3 element olan 9 qrupa ayırdı. Bu ardıcıllıq “Meyer triadası” adlandırıldı. 1865 – ci ildə ingilis kimyaçısı Nyulends də elementləri onların nisbi atom kütlələrinin artması ardıcıllığı ilə düzdü. O, müşahidə etdi ki, 8 – ci element birinciyə, 9 – cu element  ikinciyə və i.a. bir – birinə oxşardır. Bu səbəbdən Nyulends onları sütunlar şəklində yerləşdirdi (Nyulends oktavaları) :

  Dövri sistem yaradılanda hələ təsirsiz qazlar məlum deyildi. Onlar kəşf olunduqdan sonra məlum oldu ki, onları halogenlər və qələvi metallar arasında yerləşdirmək daha düzgün olar. Bu səbəbdən cədvəlin sağ tərəfinə yeni sütun əlavə olundu. Lakin, arqonun nisbi atom kütləsi kaliumdan böyükdür. Buna baxmayaraq, kaliumu onun nisbi atom kütləsinə əsasən deyil, kimyəvi xassələrinə əsasən qələvi metallarla birlikdə yerləşdirmək daha düzgün hesab edildi. Bu kimi hala digər elementlərdə də rast gəlinirdi. Belə ki, nisbi atom kütləsinə əsasən tellur bromunun altında, yod isə kükürdün altında yerləməlidir. Amma kimyəvi xassələr tam əksini göstərir.​ Bu problemi 1914 – cü ildə Mozli aradan qaldırdı. O, göstərdi ki, elementlərin xassələrinin müəyyən olunmasında nisbi atom kütləsi deyil, onların nüvəsindəki protonların sayı (atom nömrəsi) daha böyük rol oynayır.

  Bu kəşf elementlərin Dövri sisteminin formalaşmasında sonuncu mərhələ oldu. Müasir Dövri sistem cədvəlində elementlər onların nüvələrinin yükünün artması ardıcıllığı ilə düzülmüşdür.

  Dövri sistemin quruluşu. Dövri sistemdə elementlərin xassələri müəyyən intervaldan bir təkrar olunur. Təsirsiz qazların atom nömrələri 2, 10, 18, 36, 54 və 86 – dır. Hər bir təsirsiz qazdan sonra, kimyəvi cəhətdən çox aktiv olan metal yerləşmişdir. Bu, qələvi metallardır : Li, Na, K, Rb və Cs. Hər bir təsirsiz qazdan əvvəldə isə kimyəvi aktiv qeyri – metal yerləşmişdir. Bunlar halogenlərdir : F, Cl, Br, İ və At. Qələvi metallardan (IA, əsas yarımqrup) sonra qələvi – torpaq metallar: Be, Mg, Ca, Sr, Ba yerləşir. Onlar IIA yaqrımqrupunu təşkil edirlər. Halogenlərdən əvvəldə isə xalkogenlər adlandırılan O, S, Se, Te yerləşir. III B, IV B və V B yarımqrupları isə bir – birinə nisbətən az bənzəyən elementlərdən təşkil olunmuşdur. Hər bir qrup üzrə yuxarıdan aşağıya doğru getdikcə qeyri – metallardan metallara doğru keçid baş verir.

  Kimyəvi xassələrin dəyişməsi qanunauyğunluqlarını əks etdirmək məqsədilə elementlər 7 dövrə ayrılmışdır. 1, 2, 3 – cü dövrlər kiçik dövr, 4, 5, 6 – cı dövrlər böyük dövr, 7 – ci dövr isə natamam dövr adlandırılır. 4 – cü və 5 – ci dövrlərin II A və III B qrupları arasında hər birində 10 metal yerləşmişdir. Bu metallar bir – birinə xassəcə çox yaxındır və keçid metalları adlandırılırlar. Belə oxşarlıq 6 – cı və 7 – ci dövrlərdə də müşahidə olunur. Burada da həmçinin bir – birinə xassəcə çox yaxın olan lantanoidləraktinoidlər yerləşir.

Keçid metallarından öncəki qruplara A (əsas), keçid metallarından sonrakılara isə B (əlavə) yarımqruplar deyilir.

  Qeyd edək ki, hal - hazırda dövri sistemin daha müasir versiyası istifadə olunur. Orada 118 element mövcuddur.

Lakin Nyulendsin “oktavaları” elm ictimaiyyəti tərəfindən qəbul olunmadı.

  Bundan bir neçə il sonra (1869 – cu ildə) Mendeleyev də oxşar ideya təklif etdi. O, da öz sələfləri kimi, həmin dövrə qədər məlum olan 63 elementi atom kütlələrinin artması ardıcıllığı ilə düzdü və onları şaquli sütunlara yığdı. Öz cədvəlini Mendeleyev “Dövri sistem” adlandırdı. Əvvəlki cədvəllərdən fərqli olaraq yeni cədvəl bir çox üstünlüklərə malik idi :

  1. Mendeleyev cədvələ hal – hazırda keçid metalları adlandırılan elementlər üçün uzun dövrlər daxil etdi. Bunun nəticəsində Ti, Mn və Fe artıq qeyri metalların (Si, P, S) altında yerləşmədi.

  2. Mendeleyev cədvəldə boş xanalar saxladı. O, müşahidə etdi ki, As təbii olaraq V qrupa düşür və Zn ilə As arasında boş xanalar saxladı. Sonrakı illərdə yeni elementlər kəşf olunduqca bu boşlular dolmağa başladı.

  3. Əgər Dövri sistemdə nisbi atom kütlələrinə əsasən düzülmüş elementlərin xassələri yerləşdikləri yerə uyğun gəlmirdisə, Mendeleyev onların nisbi atom kütlələrini yenidən hesablamağı təklif edirdi. Hər dəfə yeni hesablama zamanı (Cr, İn, Pt, Au) alınmış qiymət Mendeleyevin fikrini təsdiq edirdi.

  4. Mendeleyev öncədən Dövri sistemdə boş xanalarda yerləşməli olacaq elementlər barədə proqnozlar verdi. O, həmin elementlərin nisbi atom kütlələri və xassələrini dəqiqliklə müəyyən etdi. Bu elementlərin kəşfindən sonra Mendeleyevin Dövri sisteminə güvən artdı. 

2017  ©  kimyachi.com

 Bütün hüquqlar qorunur.

Bizi izləyin :

  • Facebook - Grey Circle
  • Twitter - серый круг
This site was designed with the
.com
website builder. Create your website today.
Start Now