İkilaylı qrafen çox möhkəm materiala çevrilə bilir.

  ABŞ – dan olan tədqiqatçılar müəyyən ediblər ki, bir – birinin üzətinə yerləşdirilmiş iki qrafen laylara yüksək təzyiqlə təsir etdikdə, o almazla müqaisə oluna biləcək möhkəmliyə malik nazik materiala çevrilir. Bu xüsusiyyətinə görə gələcəkdə ondan yüksək möhkəmliyə malik qoruyucu örtüklərin hazırlanması üçün istifadə oluna bilər. 

  Karbon - ən çox allotropik şəkildəyişməsi olan elementdir. Bu vaxta qədər onun almaz, qrafit, lonsdeylit (almazın heksaqonal forması), fülleren, karbon nanoborucuqları, füllerit və qrafen kimi allotropik şəkildəyişmələri kəf olunub. Bu şəkildəyişmələrin hər birinin özünəməxsus xüsusiyyətləri var.

  Bir müddət əvvəl Nyu-York Şəhər Universitetindən olan tədqiqatçılar Eliza Riedonun (Elisa Riedo) başçılığı ilə yeni kəşfə imza atıblar. Aparılan tədqiqatın ilkin məqsədi müxtəlif səthlərin möhkəmliyini ölçmək olub. Bu məqsədlə onlar tədqiq olunan nümunənin üzərinə atom – qüvvə mikroskopu vasitəsilə təzyiq göstəriblər. Belə ki, mikroskopun zondu vasitəsilə təzyiq göstərib, onu yavaş – yavaş səthdən aralayanda zond titrəməyə başlayır. Titrəyişlərin tezliyini ölçməklə də materialın möhkəmliyi barədə fikir söyləmək olar.

  Təcrübə üçün ideal hamar silisium karbid (SiC) materialın üzərinə növbə ilə birlaylı, ikilaylı, beşlaylı və onlaylı qrafen yerləşdirilib. Məlum olub ki, üzəri biratomlu qrafen layla örtülmüş silisium karbid  öz möhkəmliyini cüzi də olsa azaldır. Layların sayı 3 – dən çox olduqda isə silisium karbidin möhkəmliyi nəzərəçarpacaq dərəcədə azalıb. Yeganə istisna ikilaylı qrafen örtüyün iştirakı ilə aparılan ölçmə olub. Belə ki, bu halda nümunənin möhkəmliyi kifayət qədər artıb. Yeni materialın möhkəmliyini və sərtliyini ölçməklə alimlər belə nəticəyə gəliblər ki, o öz sərtliyinə görə almazla müqaisə oluna bilir.

  Nəticələr o qədər gözlənilməz olub ki, tədqiqatçılar nəticələri təkrar – təkrar yoxlayıblar. Əsas məsələ bu idi ki, bu prosesin mahiyyəti aydın deyildi. Lakin sonradan onun da izahı tapılıb. Belə ki, Riedonun qrupu prosesi bu cür təsvir edir : Silisium karbidin və qrafenin kristal qəfəsləri fərqli olduğundan, onlar bir – birinin üzərində yerləşən zaman nahamarlıqlar yaranır. Belə vəziyyətdə qrafen sp2 hibridləşməyə malik atomları almazın kristal qəfəsi üçün xarakterik olan sp3 hibridləşmə vəziyyətinə keçir. Bir qrafen layı üçün bu keçid mümkün deyil. 3 – dən artıq layda isə bu cür strukturlar yaransa da, aralarda qalan və quruluş dəyişikliyinə uğramayan digər laylar almaza bənzrə quruluşun yaranmasına mane olur, atom – qüvvə mikroskopu vasitəsilə sərtiliyi ölçərkən isə, mikroskopun zondu dəyişikliyə uğramamış, nisbətən yumşaq səthə təzyiq göstərir.

  Beləliklə, əldə olunan yeni, ikilaylı qrafen material gələcəkdə yüksək təzyiqə davamlı, nazik qatlı örtüklərin hazırlanması üçün istifadə oluna bilər. Ən əsası, yuxarıda qeyd olunan quruluş dəyişikliyi otaq temperaturunda baş verir. Lakin qeyd olunan prosesin praktik tətbiqində əsas məsələ budur ki, yüksək dözümlü material yalnız kənar təzyiqin təsiri ilə yaranır və mövcud olur. Təzyiqi aradan qaldırdıqda isə, qrafen yenidən ilkin formasına qayıdır.

  Mənbə : elementy.ru

2017  ©  kimyachi.com

 Bütün hüquqlar qorunur.

Bizi izləyin :

  • Facebook - Grey Circle
  • Twitter - серый круг
This site was designed with the
.com
website builder. Create your website today.
Start Now