Yaponiyalı alimlər nüvə sintezi reaksiyalarından enerji alınması

istiqamətində irəliləyişə nail olublar.

  Artıq uzun illərdir ki, alimlər idarə olunan istilik-nüvə reaksiyalarının aparılması üçün şəraitin yaradılması istiqamətində işlər aparırlar. Lakin belə reaktorun hazırlanması bir sıra çətinliklərlə müşayət olunur. Və elə bu səbəbdəndir ki, bu günkü gün üçün bu sferada ən böyük layihə olan İTER-in (İnternational Termonuclear Experimental Reactor) hazırlanması tarixi 2025-ci ilə kimi uzadılıb. Lakin Tokio Universitetinin fizikləri bu mənada köməyə çata biləcək yeni kəşfə imza atıblar. ScienceAlert nəşrinin verdiyi məlumata əsasən, yaponiyalı alimlər tamamilə idarə oluna bilən maqnit sahəsi yaratmağa nail olublar.

  Məsələ burasındadır ki, öz-özünə çalışa bilən istilik-nüvə reaktorunu işə salmaq və onu davamlı aktiv saxlamaq üçün orada yaranan yüksək temperaturlu sıxılmış plazmanı və onun yüklü zərrəciklərini tutub saxlamaq lazımdır. Bu, reaktorun ümumi temperaturunun qaldırılması məqsədilə edilir. Bunun üçün isə güclü maqnit tələb olunur. Bu üsul EMFC (electromagnetic flux-compression) və "axının elektromaqnetik saxlanılması" adlanır. Yapon alimlər tərəfindən hazırlanan qurğu 1200 Tesla gücündə maqnit sahəsi yaratmağa qabildir.

  Təcrübələr zamanı yapon fiziklər nəinki belə sahəni yarada bildilər, eyni zamanda onun 100 mikrosaniyə ərzində işləməsini də təmin edə biliblər. Bəli, ilk baxışdan bu elə də uzun müddət deyil. Buna baxmayaraq bu nəticə bütün əvvəlki təcrübələrin nəticələrini dəfələrlə qabaqlayır. Həmçinin vacib olan digər bir fakt budur ki, yeni qurğunun işləməsi zamanı onun öz konstruksiyası maqnit sahəsinin təsirindən dağılmaya və dəyişikliyə məruz qalmır.

  - "Siz anlayasınız deyə belə bir müqaisə apara bilərik. Yeni qurğunun yaratdığı maqnit sahəsi soyuduya yapışdırdığınız maqnitlərin yaratdığı maqnit sahəsindən 120000 dəfə artıqdır. Eyni zamanda onun xarakteristikaları və təsir müddəti stabil nüvə sintezi reaksiyalarının aparılması üçün tələb olunan minimal tələblərə yaxındır. Bütün bu deyilənlər bir daha göstərir ki, bi tükənməz enerji mənbəyi əldə etmək istiqamətində bir addım da yaxınlaşmışıq"- deyə, Tokio Universitetindən olan tədqiqatçılar bildiriblər.

2017  ©  kimyachi.com

 Bütün hüquqlar qorunur.

Bizi izləyin :

  • Facebook - Grey Circle
  • Twitter - серый круг
This site was designed with the
.com
website builder. Create your website today.
Start Now