Alimlər karbon qazını kömürə çevirməyin yolunu tapıblar.

 

 Melburn Kral Texnologiyalar İnstitutunun tədqiqatçıları qaz halında olan karbon qazını  (CO₂) hisə çevirmək üçün texnologiya hazırlayıblar. Qlobal istiləşmə təhlükəsi alimləri istixana qazlarının emal olunması barədə düşünməyə vadar edir. Karbon qazını havadan ayıraraq onu daha təhlükəsiz hala gətirmək üçün bir çox üsullar mövcuddur. Onu biokütləyə , və ya yeraltı rezervuarlara yığaraq, kimyəvi kataliz prosesləri vasitəsilə daha az uçucu maddələrə çevirərək zərərsizləşdirmək olur.

 Avstraliyalı alimlər tərəfindən hazırlanan yeni texnologiya isə, yuxarıda sadalananlarla müqaisədə mürəkkəb kimyəvi reaksiyalara, yüksək təzyiqə ehtiyac olmadan karbon qazını bərk formaya, yəni kömür halına keçirməyə imkan verir. Prosesdə əsas rolu Serium metalının nanohissəcikləri oynayır. Bu zaman elektrokimyəvi reaksiya vasitəsilə, aşağı gərginlikdə, oksigen karbon qazının tərkibindən ayrılır.

 Adətən karbon qazı çox yüksək temperaturlarda bərk hala keçirilirdi ki, bu da prosesi sənaye cəhətdən əlverişsiz edirdi. Alimlər qeyd edir ki, həlledici kimi metallik qaliumdan istifadə olunması bütün prosesi otaq temperaturunda aparmağa imkan verir. Belə ki, qalium elementi çox aşağı temperaturda əriyir.

 Yeni texnologiyanın digər bir üstünlüyü ondan ibarətdir ki, karbon superkondensatora çevrilməklə, elektrik yükü saxlaya bilir. Bu da ondan sintetik yanacaq komponenti kimi istifadə etməyə imkan verir.

 Mənbə : nauka.vesti.ru

2017  ©  kimyachi.com

 Bütün hüquqlar qorunur.

Bizi izləyin :

  • Facebook - Grey Circle
  • Twitter - серый круг
This site was designed with the
.com
website builder. Create your website today.
Start Now