
Kimyəvi rekasiyalar. Reaksiya tənlikləri.
Bir və ya bir neçə maddədən (reagent) yeni maddələrin əmələ gəlməsi prosesinə kimyəvi reaksiya deyilir. Kimyəvi reaksiyalar həmişə müyyən fiziki dəyişikliklərlə (rəng dəyişməsi, enerji udulması və ayrılması, aqreqat halın dəyişməsi və s.) də müşayət olunur. Növlərinə görə kimyəvi reaksiyaları bir neçə cür təsnif edirlər. Reaksiyaya daxil olan və reaksiya nəticəsində alınan maddələrin sayına və növlərinə görə kimyəvi reaksiyaların 4 növü var :
1. Birləşmə reaksiyaları.
2. Parçalanma reaksiyaları.
3. Əvəzetmə reaksiyaları.
4. Mübadilə (neytrallaşma) reaksiyaları.
İki və daha artıq ilkin maddədən bir yeni maddənin əmələ gəlməsi ilə gedən reaksiyalara birləşmə reaksiyaları deyilir. Məs :
2Mg(bərk) + O2(qaz) → 2MgO(bərk)
Yalnız bir maddədən bir neçə yeni maddənin əmələ gəlməsi ilə gedən reaksiyalara parçalanma reaksiyaları deyilir. Məs :
CaCO3(bərk) → CaO(bərk) + CO2(qaz)↑
Bir element atomunun digər element atomunu əvəz etməsi ilə gedən reaksiyalara əvəzetmə reaksiyaları deyilir. Bu reaksiyalar zamanı reagentlərdən biri mütləq bəsit, digəri isə mürəkkəb maddə olmalıdır.
Məs : Fe(bərk) + CuSO4(bərk) → FeSO4(məhlul) + Cu(bərk)
İki mürəkkəb maddənin öz aralarında tərkib hissələrini dəyişməsi ilə gedən reaksiyalara mübadilə reaksiyaları deyilir. Məs : BaCl2(məhlul) + H2SO4(məhlul) → HCl(məhlul) + BaSO4(bərk) ↓
Endotermik və ekzotermik reaksiyalar. Kimyəvi reaksiyalar zamanı reagentləri əmələ gətirən rabitələrin qırılması nəticəsində enerji ayrılır ki, bu enerji əsasən yeni kimyəvi rabitələrin qurulmasına sərf olunur. Bəzi reaksiyalarda bu iki prosesin enerjiləri bir - birinə çox yaxın olduğu üçün reaksiyanın ümumi istilik effekti sıfıra yaxın qiymət alır. Yəni, belə reaksiyalarda reagentlərin parçalanması nəticəsində yaranan enerji demək olar ki, tamamilə yeni rabitələrin yaranmasına sərf olunur. Bir çox reaksiyalarda isə bu nisbət pozulur. Bu tip reaksiyaları iki yerə ayırırlar : endotermik və ekzotermik reaksiyalar. İstiliyin udulması ilə gedən reaksiyalara endotermik, istiliyin ayrılması ilə gedən reaksiyalara isə ekzotermik reaksiyalar deyilir. Reagentlərin və reaksiya məhsullarının əmələgəlmə entalpiayasını ( ΔH ) bilməklə reaksiyanın istilik effektini hesablamaq mümkündür. Əgər reagentlərin əmələgəlmə entalpiyası reaksiya məhsullarının əmələ gəlmə entalpiyasından böyük olarsa ( ΔH < 0) , onda reaksiya istiliyin ayrılması ilə gedir. Əksinə, əgər reagentlərin əmələgəlmə entalpiyası reaksiya məhsullarının əmələgəlmə entalpiyasından kiçik olarsa ( ΔH > 0), bu zaman reaksiya istiliyin udulması ilə gedir. Reaksiya zamanı istiliyin udulmasını -Q , istiliyin ayrılmasını isə +Q şəklində göstərirlər.
Dönən və dönməyən reaksiyalar. İstiqamətinə görə reaksiyalar 2 cür olur : dönən və dönməyən reaksiyalar. Yalnız bir istiqamətdə gedən, yəni reagentlərin tamamilə reaksiya məhsullarına çevrildiyi reaksiyalara dönməyən reaksiyalar deyilir. Eyni vaxtda həm düzünə, həm də əksinə gedən reaksiyalara isə dönən reaksiyalar deyilir. Başqa sözlə, dönməyən reaksiyalar sona qədər gedən reaksiyalardır. Reaksiyanın sona qədər getdiyini göstərən əsas faktorlar reaksiya nəticəsində qaz, su və ya çöküntünün əmələ gəlməsidir. Məsələn :
BaCl2 + K2SO4 → KCl + BaSO4 ↓
NaOH + HCl → NaCl + H2O
Zn + HCl → ZnCl2 + H2↑