Fiziklərin hazırladığı yeni materialın sərtliyini idarə etmək mümkündür.

  Fiziklər sərtliyi maqnit sahəsi vasitəsilə idarə oluna bilən yeni metamaterial əldə ediblər. Metamateriallar - qeyri - adi xüsusiyyətləri olan maddələrdir. Belə ki, onların xüsusiyyətləri maddənin tərkibi ilə deyil, quruluşu ilə əlaqəli olur. Belə maddələrə təbiətdə rast gəlinsə də, onların böyük əksəriyyəti laboratoriya şəraitində sintez olunmuşdur. Bu materiallar dalğaları müəyyən istiqamətlərə yönəldə bilir ki, bunun da sayəsində məsələn, gözə görünməz örtüklər, səs dalğalarını yayındıran maneələr yaradıla bilir.

  Digər bir misal kimi isə, aşağı basıldıqda burulan obyekti göstərmək olar. Bütün bu qeyri - adi xüsusiyyətlər öncədən seçilmiş quruluş əsasında yaranır.

  Alimlər yeni işlərində xarici maqnit sahəsinə reaksiya verən mexaniki metamaterialı nümayiş etdiriblər. Bu material qəfəs formasında yerləşmiş, içi boş plastik borucuqlardan təşkil olunmuşdur. Bu borucuqların içinə xüsusi maye doldurulub ki, bu maye maqnit sahəsinin təsiri ilə qatılaşır.

  Borucuqlara doldurulan maye - tərkibində dəmir mikrohissəciklər olan xüsusi yağdır. Maqnit sahəsi olmadıqda zərrəciklər pərakəndə şəkildə hərəkət edir. Maqnitin təsiri ilə isə onlar maqnit qüvvə xəttləri istiqamətində düzülür ki, bunun da nəticəsində bütün struktur sərtləşir. Yeni materialın imkanlarını nümayiş etdirməkdən ötrü alimlər xüsusi nümunələr hazırlayıblar.

   Gələcəkdə bu cür materialları elektromaqnitlərlə (elektrik hesabına maqnit sahəsi yaradan cihazlar) kombinə etmək olar. Məsələn, onların köməyi ilə xüsusi robotlar hazırlamaq olar ki, onlar dar keçiddən keçə bilərlər, daha sonra sərtləşərək lazımi funksiyanı yerinə yetirərlər. 

2017  ©  kimyachi.com

 Bütün hüquqlar qorunur.

Bizi izləyin :

  • Facebook - Grey Circle
  • Twitter - серый круг
This site was designed with the
.com
website builder. Create your website today.
Start Now