Maddənin molekulyar quruluşunu tez təyin etməyə

imkan verən yeni metod - MicroED.

 Hər hansı bir maddənin (xüsusilə də yeni maddələrin) dəqiq quruluşunun öyrənilməsi çətin və uzunmüddətli prosesdir. Bu proses zamanı maddənin təmizlənməsi, nümunələrin hazırlanması, bir neçə analitik və fiziki analiz metodlarının tətbiqi həyata keçirilir ki, bütün bunlara günlər, həftələr və bəzən hətta aylar sərf olunur. Amma deyəsən, biz bu sahədə böyük irəliləyişin astanasındayıq. Belə ki, ABŞ-dan olan tədqiqatçılar bərk halda olan maddənin molekulyar quruluşunu cəmi yarım saata müəyyən etməyə imkan verən yeni metod təklif ediblər. Proses elektron difraksiyasının tətbiqinə əsaslanır.

 Bu metod ilk olaraq 2013-cü ildə sulu məhlulda dondurulmuş zülalların quruluşunu müəyyən etmək üçün təklif olunmuşdu. Cəmi 5 ildən sonra Tamir Qonenin rəhbərlik etdiyi tədqiqat qrupu həmin metodu təkmilləşdirərək, onun demək olar ki, istənilən həllolmayan molekulun nanokristallarının təyini üçün istifadəsinə şərait yaratdılar. Metod vasitəsilə ilk olaraq progesteron molekulunun quruluşu müəyyən edilmişdir. Progesterondan əlavə, tədqiqat müəllifləri elmə məlum olan onlarla digər molekulların - dərman preparatlarının, vitaminlərin və təbii birləşmələrin molekul quruluşunu təyin edə biliblər. Böyük ölçülü molekulları (məsələn, zülalları) tətqiq edərkən alimlər onların sulu məhlulda dondurulmasından istifadə ediblər. Bununla da molekulların gözlənilməz yerdəyişməsinin qarşısı alınıb. Kiçik ölçülü molekullarda isə bu prosesə ehtiyac olmayıb. Belə ki, onlar onsuz da kifayət qədər sıx və kompakt yerləşiblər. Yeni üsulun çatışmazlığı da budur ki, molekuların ölçüləri böyüdükcə, təsvirlər daha qeyri-dəqiq alınır ki, bu da molekulyar quruluşun təhrif olunmasına gətirib çıxarır.

  Qeyd edək ki, hal-hazırda maddənin molekulyar quruluşunu müəyyən etmək üçün istifadə olunan digər bir metod rentgen-kristalloqrafiyası ilə müqaisədə MicroED metodu (mikroelektron difraksiyası adının abbreviaturası) üstünlüyə də malikdir. Belə ki, bu metodun istifadəsi zamanı nümunələrin ölçüləri rentgen kristalloqrafik analizdə tələb olunan ölçülərdən milyard dəfə kiçikdir. Analiz zamanı nümulər demək olar ki, heç bir dəyişikliyə uğradılmadan, birbaşa tədqiq olunur.

 Üsulun digər bir üstünlüyü isəondan ibarətdir ki, o bir neçə maddənin qarışığını da analiz etməyə imkan verir. Bu məqsədlə alimlər biotin, sinxonin, karbamazepin və brusindən ibarət qarışığı mikroskop altına yerləşdiriblər(Şəkil 2).

2017  ©  kimyachi.com

 Bütün hüquqlar qorunur.

Bizi izləyin :

  • Facebook - Grey Circle
  • Twitter - серый круг
This site was designed with the
.com
website builder. Create your website today.
Start Now