Öz-özünə bərpa olunan yeni material hazırlanıb.

 Masaçusets Texnoloji İnstitutunun kimyaçıları öz-özünə bərpa oluna bilən yeni material əldə ediblər. Material havadakı karbon qazı (CO2) ilə reaksiyaya girərək öz strukturunu böyüdür və hətta bərpa edir. Gələcəkdə bu yeni polimerdən tikintidə istifadə oluna biləcəyi güman olunur.

  Yeni, sintetik material gel halındadır və bitkilərin öz toxumalarını bərpa etmək məqsədilə havadan karbon qazını istifadə etməsinə bənzər kimyəvi proses həyata keçirə bilir. Görülmüş iş barədə məqalə Advanced Materials jurnalında dərc olunub. Bu cür, havadakı zərərli karbon qazını mənimsəyə bilən və istehsalı üçün heç bir təbii sərvət tələb olunmayan materialın istifadəsi ətraf mühitə xeyirli olacaq.

  Materialı hazırlamaq üçün alimlər aminopropilmetakrilamid (APMA) və qlükoza əsaslı polimerdən, qlükozaoksidazaxloroplastlardan istifadə ediblər. Bu cür alınan material gelşəkilli olur. Ona karbon əlavə etdikdə isə o bərkiyir. Bu material hələ ki, tikintidə istifadə olunacaq qədər möhkəm deyil, amma onu hər hansı çatları doldurmaq məqsədilə istifadə etmək mümkündür.

  Tədqiqat qrupu hələ ki, materialın xassələrinin optimallaşdırılması istiqamətində çalışır. Belə güman olunur ki, bu materialın kommersiya məqsədilə istifadə olunması yaxın gələcəkdə baş tuta bilər. Materialın kimyəvi quruluşuna bəzi düzəlişlər etdikdən sonra onun tikintidə və müxtəlif qarışıqların tərkibində istifadəsi mümkün olacaq. 

  Bu cür materialların əsas üstünlüyü ondan ibarətdir ki, onlar açıq havada Günəş işığı və hətta otaqda süni işığın təsiri ilə bərpa olunurlar. Əgər səth cızılıbsa və ya çatlayıbsa zədələnmiş hissə kənardan heç bir müdaxiləyə ehtiyac olmadan özünü bərpa edə biləcək.

Mənbə : naked-science.ru

2017  ©  kimyachi.com

 Bütün hüquqlar qorunur.

Bizi izləyin :

  • Facebook - Grey Circle
  • Twitter - серый круг
This site was designed with the
.com
website builder. Create your website today.
Start Now