Kristal qəfəsi beşbucaqlılardan təşkil olunan ikiölçülü material əldə olunub.

  ABŞ – dan olan tədqiqatçılar palladium selenidin ikiölçülü strukturunu əldə ediblər. Bu strukturda palladium və selen atomları beşbucaqlı təsviri yaradırlar. Bu cür quruluş yeni materialın digər ikiölçülü asimmetrik yarımkeçiricilərin xassələrinə bənzər maraqlı elektron xassələrini meydana çıxarır.

  İlk öncə onu qeyd edək ki, ikiölçülü strukturlar alimlərçün o səbəbdən maraqlıdırlar ki, bu materiallar, onları əmələ gətirən maddələrin xüsusiyyətlərindən tamamilə fərqli xüsusiyyətlərə malik olurlar. Məsələn, ikiölçülü qrafen yüksək keçiriciliyi və yüklü zərrəciklərin sürətli ötürülməsi xassəsinə malikdir.

Materialın havanın oksigeninə və rütubətiə qarşı davamlı olması stabil çalışan elektron qurğuların yaradılmasında mühüm əhəmiyyət kəsb edir. Bu vaxta qədər yaradılmış ən davamlı, ikiölçülü yarımkeçirici

material molibden disulfid (MoS2) idi. Amma palladium selenid (PdSe2) bu mənada molibden disulfidi qabaqlayır.

  Okridc (Tennesi, ABŞ) milli laboratoriyasının əməkdaşı Kay Siaonun (Kai Xiao) qrupunun tədqiqatçıları əvvəlcə palladium selenid kristallarını əldə ediblər. Bu məqsədlə onlar 1:6 nisbətində götürülmüş palladium və seleni tədricən 850  C – yə qədər qızdırıblar. Bu temperaturda onu 50 saat saxladıqdan sonra, temperaturu saatda 3 C endirməklə 450 C – yə qədər və daha sonra tədricən otaq temperaturuna qədər soyudublar. Müəlliflər nəyə görə məhz bu cür alqoritmdən istifadə etdiklərini açıqlamırlar. Bu proses nəticəsində qalınlığı 4mm olan kristallik laylar əldə olunub. Daha sonra tədqiqatçılar bu nümunələrdən mikromexaniki eksfoliasiya (yapışqan lent vasitəsilə kristaldan layların aralanması) yolu ilə ikiölçülü PdSe2 fraqmentləri ayırıblar.

  Atomların nümunədə qeyri – adi, beşbucaqlı formada düzülüşünü elektron mikroskopiya vasitəsilə müşahidə etmək mümkün olub. Məlum olub ki, atomların yerləşdiyi müstəviyə baxdıqda, onların "Əlcəzair beşbucaqlı mozaikası" adlanan beşbucaqlı formalar əmələ gətirirdiyinin şahidi olmaq olar.

  Artıq qeyd olunduğu kimi, ikiölçülü palladium selenid yarımkeçirici xassəlidir. Tədqiqatçılar müəyyən ediblər ki, “qadağan zonası”nın eni kristallik formada 0 eV (elektronvolt), ikiölçülü strukturlarda isə 1,3 eV təşkil edir. Belə çıxır ki, layların sayını dəyişməklə, “qadağan zonası”ın enini dəyişmək olar. Bütün sadalalan və digər xüsusiyyətlər PdSe2 – nin elektronikada və məntiqi elementlərin hazırlanmasında çox böyük perspektivə malik olduğunu sübut edir. 

    Eyni zamanda, bu materialın otaq temperaturunda havadakı oksigen və su buxarının təsirinə qarşı davamlı olması onun praktikada tətbiqini asanlaşdırır. Bu mənada əsas problem onun kütləvi istehsalının hələ ki, mümkün olmamasıdır.

Mənbə : elementy.ru

2017  ©  kimyachi.com

 Bütün hüquqlar qorunur.

Bizi izləyin :

  • Facebook - Grey Circle
  • Twitter - серый круг
This site was designed with the
.com
website builder. Create your website today.
Start Now