Yeni texnologiya plastik tullantılardan yanacaq əldə etməyə imkan verəcək.

 

 Son 65 ildə bütün dünya üzrə təxminən 8,3 milyard ton müxtəlif növ plastik kütlə istehsal olunub. Bu miqdarın yalnız 9 %-i təkrar emal olunub, 12 %-i yandırılıb. Yerdə qalan 79 % plastik məmulatlar isə müxtəlif formada ya okeanlarda və dənizlərdə, ya da müxtəlif zibilxanalarda toplanmışdır. Ekspertlərin proqnozlarına görə, belə davam etsə, 2050 - ci ilə kimi okenlarda olan plastik tullantıların sayı balıqların sayından çox olacaq.

 Alimlər plastik tullantıların səmərəli emal edilməsi və onların hər hansı faydalı materiala çevrilməsi istiqamətində tədqiqatlar aparırlar.

 Bir müddət əvvəl ABŞ-ın Perdyu Universtetinin tədqiqatçıları plastik tullantıları yanacağa və digər faydalı məhsullara çevirmək üçün texnologiya fikirləşiblər. Tədqiqat qrupunun rəhbəri Linda Vaq (Linda Wang) ətraf mühitin, okean və digər su hövzələrinin plastik tullantılarla çirklənməsi haqqında xəbərləri oxuduqdan sonra yeni texnologiya hazırlamaq qərarına gəlib.

 Bu dəfə amerikalı alimlərin tədqiqat obyekti ən geniş yayılmış plastik tullantılardan poliolefinlər olub. Bu polimerlər əsasən neft məhsullarından alınan plastik kütlələr - polietilen və polipropilen üstünlük təşkil edir.

 Tədqiqatçılar selektiv ekstraksiya və hidrotermal mayeləşdirmə adlanan metoddan istifadə ediblər. Bu metod zamanı materiallar yüksək təzyiq altında müəyyən temperatura qədər qızdırılır və nəticədə neft məhsulları əmələ gəlir.
 İndiki halda, poliolefinlər əvvəlcə əridilir və ifrat kritik mayedə həll edilir. Nəticədə plastik kütlə karbihidrogen qarışığına çevrilir. Bundan sonra onu yenidən emal etmək mümkün olur.

 Tədqiqaçılar poliolefinlərin təxminən 91% - ni bu yolla parafinlər, tsiklik və aromatik karbohidrogenlər və digər növ maddələrə çevirə biliblər.

 Tədqiqatçıların sözlərinə görə, alınmış məhlullardan yanacaq (benzin və ya dizel) əldə etmək mümkündür. Onların hesablamalarına əsasən, poliolefinlərin emalından alınmış yanacaq illik tələbatın təxminən 4% - ni təmin etməyə imkan verəcək.

 

  Mənbə : nauka.vesti.ru

2017  ©  kimyachi.com

 Bütün hüquqlar qorunur.

Bizi izləyin :

  • Facebook - Grey Circle
  • Twitter - серый круг
This site was designed with the
.com
website builder. Create your website today.
Start Now