top of page
  • Orxan Məmmədov

Şüşə - mayedir ?


Yəqin ki, bəziləriniz köhnə pəncərə şüşələrinin öz formasını dəyişdiyinin, hətta sanki bir qədər aşağı axdığının şahidi olmusunuz. Bu zaman belə bir sual meydana çıxır : Əgər şüşə bərk maddədirsə, onda nəyə görə onlar belə deformasiyaya məruz qalırlar ?

Məsələ burasındadır ki, şüşə - ifrat soyudulmuş mayedir. Yəni, bu mayeni onun donma temperaturundan aşağı temperatura qədər elə soyudurlar ki, kristallaşma baş vermir. Baxmayaraq ki, şüşələr bərk haldadırlar, onlar eyni zamanda mayelər kimi plastik deformasiyaya və axıcılığa da malikdirlər. Sadəcə , bunun şahidi olmaq üçün onlar üzərində illərlə müşahidə aparmaq lazımdır. Belə maddələrdə molekulların nizamlı yerləşməsinə yalnız müəyyən kiçik hissədə rast gəlinir, ümumilikdə isə heç bir nizamlı yerləşmə mövcud deyil. Bu səbəbdən şüşələr - kristal yox, amorf (yəni formasız) maddələr adlandırılır.

Qeyd edim ki, dediklərimin şahidi olmaq üçün Bakı Metropoliteninin köhnə qatarlarının qapılarındakı şüşələrə diqqət etmək kifayətdir. Uzun müddət istifadədə olan bu qatarların şüşələri müəyyən qədər deformasiyaya uğradıqlarından, biz onlarda öz əksimizi bir qədər təhrif olunmuş formada (əyri - üyrü) görürük. Qapıların şüşələri tez - tez zərbəyə məruz qaldıqlarına görə (qapıların açılıb - bağlanması səbəbindən) onlar daha çox forma dəyişikliyinə uğrayırlar.

#aqreqathalı #maye

42 views

Recent Posts

See All
bottom of page