top of page
  • Orxan Məmmədov

Qaynaq zamanı əmələ gələn duman nə ilə təhlükəlidir ?


Bir çoxları ömründə bir dəfə də olsa metalların qaynaq edilməsinin canlı şahidi olub. Bəziləri isə ümumiyətlə gündəlik olaraq bu işlə məşğuldurlar.

Qaynaq zamanı adətən ətraf tüstü və dumana bürünür, xoşagəlməz qoxu gəlir. Səbəbini dəqiq bilməsək də, intuitiv olaraq başa düşürük ki, bu dumanda nəfəs almaq elə pis qoxusundan da məlum olduğu kimi, zərərli ola bilər. Bəs onun zərəri konkret olaraq nədən ibarətdir və nə dərəcədədir ? - Bu barədə bu məqalədə danışılacaq.

Elektrik qaynağı zamanı elektrod və əridilən metal arasında güclü elektrik qövsü qayranır. Nəticədə metal və elektrod (əgər əriyən elektrod götürülübsə) əriyir. Bu zaman elektrodun təxminən 3 % - i və əridilən metalın cüzi hissəsi buxar halına keçir. Bu buxarın tərkibində metal oksidlərinin nano- və mikrohissəcikləri olur. Belə hissəciklər uzun müddət havadan asılı qalır və bütün işçi sahəyə bərabər paylanır.

Əmələ gələn buxarın tərkibinə gəldikdə isə, orada dəmir, manqan, silisium və həmçinin xrom oksidlərinin nanohissəcikləri mövcud olur. Bu nanohissəciklərin orta ölçüsü 5 nm təşkil edir. Amma onların içərisində daha kiçik ölçüdə olanlar da mövcuddur. Bu nanohissəciklərin hamısı təhlükəli olsa da, mütəxəssislərin sözlərinə görə, ölçüləri 1 nm - dan kiçik olanlar xüsusilə təhlükəlidir. Belə ki, onlar insanın hətta sinir sisteminə daxil ola bilirlər.

Onu da qeyd etmək yerinə düşər ki, əmələ gələn zərərli maddələr hansı elektrodun istifadə olunmasında elə də asılı deyil. Yəni proses zamanı istənilən halda, bu kimi toksiki maddələr əmələ gəlir.

#kimyavəhəyat #kimyavəinsan

137 views

Recent Posts

See All
bottom of page