top of page
  • Orxan Məmmədov

Sabundan şam hazırlanması.


Məlumdur ki, keçmiş zamanlarda şamları stearindən alırdılar. Bu səbəbdən stearin əldə etməklə biz də asanlıqla şam hazırlaya bilərik. Stearini isə hamımıza tanış olan 72 % - li təsərrüfat sabunundan əldə etmək olar. Orta məktəb kursunu yadınıza salın: sabun istehsalında stearin turşusundan istifadə olunur.

Beləliklə, başlayaq !

Stearini almaq üçün lazım olan ləvazimatlar :

  • 72 % - li sabun

  • lazımsız qazan

  • sirkə turşusu (uksus)

  • qarışdırmaq üçün taxta parçası

Əvvəlcə sabunu xırda hissələrə parçalayırıq və hər hansı köhnə və lazımsız (amma təmiz !) qazana tökürük. Daha sonra qazana sabunun üzərinə çıxacaq qədər su tökürük. Sonra qarışığı su hamamında (içərisinə su doldurulmuş başqa qazanın içində) qızdırırıq. Zaman - zaman qarışdırırıq ki, sabun tam həll olsun. Sabun tam həll olandan sonra onu odun üzərindən götürürük.

İndi isə qarışığa yavaş - yavaş sirkə turşusu (və ya süfrə sirkəsi) əlavə edirik. Bu zaman məhlulun üzərində sarımtıl kütlə yarandığını müşahidə edəcəyik. Bu da məhz bizə lazım olan stearindir. Soyuduqdan sonra bu təbəqəni qaşıqla yığırıq. Sonra suda yaxalayıb, kağız salfetlə bükürük ki, tərkibində qalan rütubətdən azad olaq.

Stearin.

Stearin

İndi isə gələk şamın hazırlanmasına.

Stearini əridirik. Sonra qalın bir sap götürürük və əridilmiş stearinə daxil edirik. Bundan sonra gözləyirik ki, sap üzərindəki stearin donsun və bərkisin. Bu proseduru şamın lazımi qalınlığı əldə olunmasına qədər davam etdiririk.

Vəssalam. Şam hazırdır. Əlbəttə bu proses müəyyən əzmkarlıq tələb edir, amma əvvəllər şamları məhz bu cür hazırlayırdılar.

Hazırladığınız şamlara müəyyən formalar da verə bilərsiniz. Bu artıq sizin yaradıcı imkanlarınızdan və fantaziyanızdan asılıdır. Bu yolla hətta orijinal hədiyyə də hazırlamaq olar.

Qeyd edək ki, stearin adlandırdığımız maddə bir neçə üzvi turşunun (stearin, palmitin, olein və s.) qarışığıdır.

Hal - hazırda əksər şamlar parafindən hazırlanır. Parafin isə neftdən alınan qalıqlardan biridir.

#təcrübə #kimyavəhəyat

571 views

Recent Posts

See All
bottom of page