Şüşə - mayedir ?

15/09/2017

 Yəqin ki, bəziləriniz köhnə pəncərə şüşələrinin öz formasını dəyişdiyinin, hətta sanki bir qədər aşağı axdığının şahidi olmusunuz. Bu zaman belə bir sual meydana çıxır : Əgər şüşə bərk maddədirsə, onda nəyə görə onlar belə deformasiyaya məruz qalırlar ?

  Məsələ burasındadır ki, şüşə - ifrat soyudulmuş mayedir. Yəni, bu mayeni onun donma temperaturundan aşağı temperatura qədər elə soyudurlar ki, kristallaşma baş vermir. Baxmayaraq ki, şüşələr bərk haldadırlar, onlar eyni zamanda mayelər kimi plastik deformasiyaya və axıcılığa da malikdirlər. Sadəcə , bunun şahidi olmaq üçün onlar üzərində illərlə müşahidə aparmaq lazımdır. Belə maddələrdə molekulların nizamlı yerləşməsinə yalnız müəyyən kiçik hissədə rast gəlinir, ümumilikdə isə heç bir nizamlı yerləşmə mövcud deyil. Bu səbəbdən şüşələr - kristal yox, amorf (yəni formasız) maddələr adlandırılır.

  Qeyd edim ki, dediklərimin şahidi olmaq üçün Bakı Metropoliteninin köhnə qatarlarının qapılarındakı şüşələrə diqqət etmək kifayətdir. Uzun müddət istifadədə olan bu qatarların şüşələri müəyyən qədər deformasiyaya uğradıqlarından, biz onlarda öz əksimizi bir qədər təhrif olunmuş formada (əyri - üyrü) görürük. Qapıların şüşələri tez - tez zərbəyə məruz qaldıqlarına görə (qapıların açılıb - bağlanması səbəbindən) onlar daha çox forma dəyişikliyinə uğrayırlar.

 

Facebookda paylaş
Twitterdə paylaş
Please reload

Ən çox oxunanlar :

Kimyəvi elementlər insan olsaydı...

October 1, 2018

1/5
Please reload

Ən son paylaşılanlar :
Please reload

Arxiv :
Please reload

2017  ©  kimyachi.com

 Bütün hüquqlar qorunur.

Bizi izləyin :

  • Facebook - Grey Circle
  • Twitter - серый круг
This site was designed with the
.com
website builder. Create your website today.
Start Now