Eşitmədiyiniz, maraqlı 5 kimyəvi fakt.

26/01/2018

1. Nəyə görə meyvələr öz - özünə yetişə bilirlər ? - Yəqin hamıya məlumdur ki, kal meyvələr ağacdan dərildikdən sonra belə, yetişə bilirlər. Buna səbəb meyvələrin sintez etdiyi fitohormonlardan biri -  etilen qazıdır. Bu səbəbdən, meyvələri uzaq məsafəyə göndərmək məqsədilə yetişməmiş yığırlar ki, onlar daşınma prosesində tam yetişsinlər. Yetişmiş meyvələr isə daha artıq qaz ayırır. Ona görə yetişməni sürətləndirmək üçün kal meyvələri yetişmişlərin yanına yığmaq olar. Həmçinin bəzən yetişmə prosesini sürətləndirmək üçün meyvələri xüsusi kameralara yığırlar və həmin kameralara fasiləsiz olaraq etilen ötürülür.

2. Təsadüfən alınan şəkər əvəzedicisi. Şəkərin ən effektiv əvəzedicilərindən biri olan sukraloza təsadüfən kəşf olunub. Belə ki, London Kral kollecinin professoru Lesli Hyu öz assistenti Şişikant Pxadnisə yeni aldıqları birləşmə - trixlorsaxarozanı "sınaqdan keçirmək" (TEST) tapşırığı verir. Lakin assistentin ingilis dili biliyi o qədər də yüksək səviyyədə olmadığından, o professorun sözünü "dadına bax" (TASTE) kimi başa düşür. Tapşırığa dərhal əməl edir və bildirir ki, maddə çox şirindir.

3. Yağışdan sonrakı xoş qoxunun səbəbi. Yağışdan sonra havaya yayılan xoş torpaq qoxusunu yəqin ki, bəyənməyən yoxdur. Bu qoxunun yaranmasına səbəb üzvi birləşmə olan geosmindir.  Bu maddə torpağın səthində yaşayan sianobakteriyalar və aktinobakteriyalar tərəfindən sintez olunur.

4. İlk antibiotikin kəşfi. Penisilin adını eşitməyən yoxdur. Bu antibiotik bir çox bakteriya xəstəliklərində uğurla tətbiq olunub. Onun yaranmasını isə təsadüfə borcluyuq. Belə ki, Aleksandr Fleminq bir dəfə içərisində stafillokokk bakteriyaları olan sınaq şüşəsini uzun müddətə nəzarətsiz qoyur. Nəticədə şüşəni içərisini kif bağlayır. Sonradan Fleminq müşahidə edir ki, kif göbələklərinin ayırdığı hansısa maddə bütün bakteriyaları məhv edib. Sonradan o bu maddəni ayırmağı bacarır və onu kif göbələklərinin (penisil) adına uyğun penisilin adlandırır.

5. Niyə qaynar su soyuq suya nisbətən daha tez donur ? - İlk baxışdan paradoks kimi səslənir. Çünki, qaynar suyun temperaturu çox olduğundan o daha gec soyumalı və donmalıdır. Lakin nədənsə bunun əksi baş verir. Bu effekt Tanqanikadan (Afrika) olan şagird Erasto Mpembanın adı ilə "Mpemba effekti" adlandırılıb. Belə ki, bu hadisəni ilk dəfə 1963 - cü ildə həmin məktəbli müşahidə edib. Sonrakı illərdə bu hadisəyə müxtəlif cür izahlar verilməyə çalışılıb. 2016 - cı ildə isə "Nature" jurnalında belə bir məqalə çap olunmuşdu ki, elə bir effekt ümumiyyətlə mövcud deyil. Məqalənin müəllifləri iddia edirdilər ki, bu effekt elmi cəhətdən tam dəqiq təsvir olunmayıb və göstərilən şərtlər daxilində təcrübə apardıqda, effekt ümumiyyətlə müşahidə olunmur.

Facebookda paylaş
Twitterdə paylaş
Please reload

Ən çox oxunanlar :

Kimyəvi elementlər insan olsaydı...

October 1, 2018

1/5
Please reload

Ən son paylaşılanlar :
Please reload

Arxiv :
Please reload

2017  ©  kimyachi.com

 Bütün hüquqlar qorunur.

Bizi izləyin :

  • Facebook - Grey Circle
  • Twitter - серый круг
This site was designed with the
.com
website builder. Create your website today.
Start Now