Genetik modifikasiya nədir və niyə tətbiq olunur ?

02/03/2018

 

  Son illərdə kütləvi informasiya vasitələrində genetik modifikasiya olunmuş ərzaqlar haqqında dəfələrlə məlumat verilib və yəqin ki, bir çoxlarınız bu haqda eşitmisiniz. Amma çox az adamın genetik modifikasiyanın nə olduğu və nə məqsədlə tətbiq olunduğu haqqında anlayışı var. Beləliklə, bu dəfə XXI əsrin daha bir elmi nailiyyəti - genetik modifikasiya haqqında danışacağam.

  Məlumdur ki, genlər irsi informasiyanı saxlayır. Yəni, məsələn, bizim xarici görünüşümüz, əlamətlərimiz haqda məlumatlar (xallar, burun forması, göz rəngi və s.) orda saxlanılır və hər bir gen müəyyən bir əlamətə cavabdehdir. Ən kiçikdən, ən böyüyünə qədər hər bir canlının da irsi məlumatları eyni şəkildə saxlanılır. Genetik modifikasiya - canlıların genlərinə təsir etməklə, onların quruluş və xüsusiyyətlərinin dəyişdirilməsi və ya canlıya onun orqanizmində olmayan, yeni xüsusiyyətin verilməsidir. Belə canlılar genetik modifikasiyalı orqanizmlər (və ya qısaca GMO ) adlanır.

                     

                       Yaxşı, bəs bu nəyə lazımdır ?

  Məsələ burasındadır ki, alimlərin hesablamalarına əsasən 2050 - ci ilə kimi Yer kürəsində əhalinin sayı 9,5 milyarda çatacaq. Əhali artıqca isə qida tələbatı da yüksələcək və beləcə qida qıtlığı yaranacaq. Belə hesab olunur ki, genetik modifkasiya olunmuş ərzaqlar vasitəsilə bu problemi həll etmək mümkün olacaq. Belə ki, genetik modifikasiya vasitəsilə əlverişsiz şəraitə uyğunlaşa bilən meyvə və tərəvəzlər, taxıl sortları yetişdirilir. Yeni növ bitkilər quraqlığa, soyuğa qarşı davamlı olur, yaxşı məhsul verir, gec xarab olur və s. xüsusiyyətlərə malik olur. Məsələn, şimali atlantik kambala balığının genlərini pomidor və çiyələyə köçürməklə soyuğa davamlı pomidor və çiyələk növləri yetişdirilib. Kartofun ziyanverici həşəratlara qarşı davamlı olması üçün ona torpaq bakteriyalarının genləri yeridilib. Nəticədə bitkinin yarpaqlarında həşərat üçün zəhərli olan zülallar sintez olunur. Quraqlığa davamlı taxıl sortu əldə etmək üçün isə ona əqrəbin genləri köçürülüb. Bu cür əldə olunan ərzaqlar bir qayda olaraq daha ucuz olur.

 

                    Belə ərzaqların ziyanı varmı ?

  Yuxarıda deyilənlər əvvəllər fantastika hesab olunsa da, artıq tamamilə reallığa çevrilib. Genetik modifikasiya olunmuş ərzaqların insan orqanizminə təsirləri barədə isə fikirlər haçalanır. Belə ki, bir çox alimlər iddia edir ki, belə ərzaqlar birmənalı şəkildə insan hüceyrələrinə ziyandır. Onlar bildirir ki, genetik modifikasiya olunmuş ərzaqlardan istifadə zamanı insan hüceyrələri də öz növbəsində mutasiya edir və bu da bədxassəli şişlərin və xərçəngin yaranmasına səbəb olur. Bundan əlavə belə ərzaqlar allergiya yarada və həzm sistemin işində problemlər yarada bilər. Hər halda genetik modifikasiyalı ərzaqlar artıq bir çox ölkələrdə qadağan olunub. Bu isə onların heç də tam təhlükəsiz olmadığına işarədir.

 Bu gün bizim istifadə etdiyimiz əksər ərzaq məhsullarının tərkibində genetik modifikasiya olunmuş meyvə və tərəvəzlər istifadə oluna bilər. Onların içində düyü, qarğıdalı, soya, kartof, çuğundur və hətta tütün də var.

Facebookda paylaş
Twitterdə paylaş
Please reload

Ən çox oxunanlar :

Kimyəvi elementlər insan olsaydı...

October 1, 2018

1/5
Please reload

Ən son paylaşılanlar :
Please reload

Arxiv :
Please reload

2017  ©  kimyachi.com

 Bütün hüquqlar qorunur.

Bizi izləyin :

  • Facebook - Grey Circle
  • Twitter - серый круг
This site was designed with the
.com
website builder. Create your website today.
Start Now