Qan nəyə görə dəmir dadı verir ?

30/06/2017

 

  Əlbəttə qanın dadı dedikdə ilk olaraq vampirlər ağıla gəlir. Çünki, məhz onlar qanla qidalanırlar və qanın dadını hamıdan yaxşı bilirlər. Amma əlbəttə ki, hər bir normal insan da ömründə bir dəfə də olsa öz qanının dadına baxıb. Dodağımız və ya dişimiz qanayanda qeyri - iradi olsa da hər birimiz bunu etmişik. Mən hələ barmağı kəsiləndə öz qanını soran adamları demirəm. Bu səbəbdən hər birimiz qanın duzlutəhər, dəmir dadı verdiyini hiss etmişik. Bəs bu dadı ona nə verir ? - Məsələ burasındadır ki, insan qanının tərkibində eritrosit adlanan qırmızı qan hüceyrələri mövcuddur. Həmin bu eritrositlərin tərkibinə isə hemoqlobin adlanan zülal daxildir. Daha dəqiq desək, hemoqlobin - qlobin adlanan zülal ilə dəmirin birləşməsidir. Qan ağıza düşdükdə, hemoqlobinin tərkibindən müəyyən qədər dəmir ionlarının ayrılması baş verir və məhz həmin ionlar da ağzımızda dəmir dadı yaradır.

  Qanın müəyyən qədər duzlu olması isə təbii ki, onun tərkibinə həmçinin müəyyən miqdar həll olmuş duzların (əsasən NaCl) daxil olması ilə əlaqədardır.

  Onu da qeyd etmək yerinə düşər ki, qana qırmızı rəng verən də məhz hemoqlobindir. Hemoqlobinin özünün qırmızı olmasına isə yenə də dəmir ionları səbəb olur. Əgər məktəbdə az da olsa kimya ilə maraqlanmısınızsa, bilirsiniz ki, hər bir metal ionu məhlulu (qan isə təbii ki, məhluldur) müəyyən rəngə boyaya bilir. Məsələn, əgər hemoqlobinin tərkibinə dəmir əvəzinə nikel daxil olsaydı onda qanımız yaşıl rəngdə, kobalt daxil olsaydı isə mavi rəngdə ola bilərdi.

Facebookda paylaş
Twitterdə paylaş
Please reload

Ən çox oxunanlar :

Kimyəvi elementlər insan olsaydı...

October 1, 2018

1/5
Please reload

Ən son paylaşılanlar :
Please reload

Arxiv :
Please reload

2017  ©  kimyachi.com

 Bütün hüquqlar qorunur.

Bizi izləyin :

  • Facebook - Grey Circle
  • Twitter - серый круг
This site was designed with the
.com
website builder. Create your website today.
Start Now