Bədənimizi təşkil edən elementlər.

23/02/2018

 

  İnsan orqanizmində eyni anda milyonlarla kimyəvi reaksiya baş verir. Bütün bu reaksiyalar bizim həyat fəaliyyətimiz üçün zəruridir. Təbii ki, əgər söhbət kimyəvi reaksiyadan gedirsə, demək həmin reaksiyalarda iştirak edən maddələr də olmalıdır. Orta hesabla sağlam insan bədəni 70 % sudan, 24 % üzvi maddələrdən və 6 % qeyri üzvi maddələrdən təşkil olunmuşdur. Bu qiymətlər nisbidir. Belə ki, insanın yaşından və onun orqanizmin fərdi xüsusiyyətlərindən asılı olaraq maddələrin miqdarı də fərqli ola bilər.

 Ümumilikdə bədənimizdə 24 müxtəlif kimyəvi elementə rast gəlmək mümkündür. Bu elementlərin bəziləri sərbəst, bəziləri isə birləşmələr şəklindədir. Bunlar : karbon, oksigen, hidrogen, azot, kükürd, fosfor, kalsium, natrium, maqnezium, kalium, bor, xlor, vanadium, dəmir, kobalt, nikel, mis, sink, molibden, xrom, silisium, yod, flüor və selendir. Bu elementlərin kütləcə miqdarından asılı olaraq onları 3 yerə ayırırlar :

  Makro elementlər - ümumi miqdarı 0,01 % - dən çox olan elementlərdir. Bura, 65 % oksigen, 18 % karbon, 10 % hidrogen, 3 % azot, 1 % fosfor və 0,25 % kükürd, 0,2 % kalium, 0,05 % maqnezium daxildir.

  Mikroelementlər - ümumi miqdarı 0,001 % - lə 0,000001 % arasında olan elementlərdir.

  Ultramikroelementlər -  ümumi miqdarı 0,000001 % - dən az olan elementlərdir.

  Hər bir kimyəvi elementin orqanizmdə müəyyən bir funksiyası var. Karbon, oksigen, azot və hidrogen hüceyrələrin əsas tikinti bloklarıdır, karbohidratlar, zülallar, yağlar onlardan təşkil olunmuşdur. Kalsium sümüklərin və dişlərin möhkəmliyini təmin edir. Fosforun iştirakı ilə insan orqanizmində DNT - nin əmələ gəlmə prosesi baş verir. Kalium və natrium elektrolit kimi sinir impulslarının ötürülməsində iştirak edir. Kobalt B12 vitamininin tərkib hissəsidir. Yod qalxanabənzər vəzin ifraz etdiyi tiroksin hormonunun tərkib hissəsidir. Bu hormonun çatışmazlığı isə bildiyimiz kimi, zob xəstəliyinə səbəb olur.

  Ümumilikdə, çəkisi 70 kq olan orta yaşlı insanın bədənində elementlərin kütlə miqdarlarını aşağıdakı kimi paylaşdırmaq olar :

Oksigen - 45,5 kq

Karbon - 12,6 kq

Hidrogen - 7 kq

Azot - 2,1 kq

Kalsium - 1,4 kq

Fosfor - 700 q

Maqnezium - 200 q

Xlor - 200 q

Kükürd - 175 q

Natrium - 150 q

Flüor - 100 q

Kalium - 100 q

Dəmir - 5 q

Silisium - 3 q

  Yerdə qalan elementlər isə, birlikdə bədənimizin kütləsinin cəmi bir neçə qramını təşkil edir. Buna baxmayaraq, miqdarından asılı olmayaraq hər bir kimyəvi element insan orqanizminin sağlamlığı və normal fəaliyyəti üçün eyni dərəcədə vacibdir.

Facebookda paylaş
Twitterdə paylaş
Please reload

Ən çox oxunanlar :

Kimyəvi elementlər insan olsaydı...

October 1, 2018

1/5
Please reload

Ən son paylaşılanlar :
Please reload

Arxiv :
Please reload

2017  ©  kimyachi.com

 Bütün hüquqlar qorunur.

Bizi izləyin :

  • Facebook - Grey Circle
  • Twitter - серый круг
This site was designed with the
.com
website builder. Create your website today.
Start Now