Hamımızın rastlaşdığı bu simgənin mənası nədir ?

25/10/2018

 

 Yəqin hamınız müxtəlif növ qablaşdırmaların üzərindəki bu simgəni görmüsünüz. Bu simvolun mənası odur ki, hazırlanan qablaşdırmanın təkrar emal edilə bilən maddədən ,materialdan hazırlandığını göstərir. Əksər hallarda simvolun içində rəqəm də olur, bəs bu rəqəmlər nəyi bildir? Onların bəziləri ilə tanış olun :
 1 - Qablaşdırma Polietilen tereftelatdan hazırlanmışdır (PET)
 2 - Yüksək sıxlıqlı polietilendən hazırlanmış qablaşdırma (HDPE)
 3 - Polivinil xlordan hazırlanan qablaşdırma (PVC)
 4 - Qablaşdırmanın aşağı sıxlıqlı polietilenden hazırlandığını göstərir (LDPE)
 5 - Polipropilendən hazırlanan qablaşdırma (PP)
 6- Polistiroldan hazırlanan qablaşdırma (PS)
 7- Yuxarıda sadalanan plastik maddələr xaricində bir maddədən hazırlanan qablaşdırma (OTHER)
20-39 Kağız, karton əsaslı maddələrdən hazırlanmış qablaşdırma
40-49 Metal bir maddədən hazırlandığını göstərir
41- Alüminium
50- Taxta-şalban
51- Preslənmiş taxta
60- Pambıq
70-79 Şüşə əsaslı maddədən hazırlanmış qablaşdırma
70- Rəngsiz şüşə
71- Yaşıl şüşə
72- Qəhvəyi şüşə

 

 Bizim ən çox rast gəldiyimiz rəqəmlər 1-dən 7-ə qədər olduğu üçün onların bəzilərinin xassələri ilə sizləri tanış edirik :
  1 - PET –çox yumşaq, şəffaf və qidalarda birdəfəlik istifadəsi güvənli hesab edilir. Dondurulmamalı, qabyuyanda yuyulmamalı və mikrodalğada qızdırılmamalıdır. İçində olan qida maddəsinə hər hansı bir zərərli maddə sızdırmaz.
  2 - HDPE – Tərkibində BPA ( (Bisfenol A) bu barədə də ayrıca yazacam ) yoxdur. Qabyuyanda və mikrodalğada istifadə edilə bilər
 3 - PVC- Qidalarda istifadəsi qadağandır, tərkibində zərərli maddələr var.
  4 - LDPE- Bu maddə də HDPE ilə yaxın xassələrə malikdir.
 5 - PP- Ən güvənli plastik növüdür. Qabyuyanda yuyula, mikrodalğada qızdırıla bilər.
 6 - PS – Çay, qəhvə içdiyimiz bardaqlar, istifadə etdiyimiz qələmlər, qril alanda toyuqun qoyulduğu qab və s. Kansorojen maddə olaraq bilinir və mətbəximizdən uzaq tutulması önərilir.
  7 - OTHER- Əsasən tərkibində BPA olan plastiklərdir. Əgər bir qablaşdırmanın üzərində 7 varsa, şüşə kimi parlaq və sərtsə böyük ehtimal tərkibində BPA var və sağlıq üçün güvənli deyil.

Facebookda paylaş
Twitterdə paylaş
Please reload

Ən çox oxunanlar :

Coğrafi adlarla adlandırılmış kimyəvi elementlər.

December 30, 2018

1/5
Please reload

Ən son paylaşılanlar :
Please reload

2019  ©  kimyachi.com

 Bütün hüquqlar qorunur.

Bizi izləyin :

  • Facebook - Grey Circle
  • Twitter - серый круг
This site was designed with the
.com
website builder. Create your website today.
Start Now