Elektron niyə nüvənin "üstünə düşmür" ?

21/04/2018

 

  Məlumdur ki, atom müsbət yüklü nüvədən və mənfi yüklü elektronlardan təşkil olunmuşdur. Eyni zamanda hamımız bilirik ki, müsbət və mənfi yüklər bir - birini cəzb edir. Belə olan halda elektron da nüvəyə cəzb olunmalı və belə demək mümkünsə, onun üzərinə düşməlidir. Lakin bu baş vermir. Görəsən niyə ?

  İlk olaraq atomun quruluşu barədə az da olsa məlumat verim (ətraflı). Atom yuxarıda qeyd olunduğu kimi, müsbət yüklü nüvədən və onun ətrafında mənfi yüklü bulud yaradan elektronlardan ibarətdir. Elektronlar nüvə ətrafında müəyyən orbitlər (energetik səviyyələr) üzrə düzülüb. Bir növ planetlərin Günəş ətrafında düzüldüyü kimi (planetar model). Nüvəyə ən yaxın təbəqə elektronun əsas halda olduğu təbəqədir. Nüvədən uzaqlaşdıqca energetik səviyyələrdəki elektronların enerjiləri də artır.

  Müəyyən şərtlər daxilində elektronlar bir səviyyədən digərinə (aşağıdan yuxarı və ya əksinə) keçə bilər. Bunun üçün o ya kənardan enerji almalı və enerji buraxmalıdır. Uyğun olaraq, kənardan enerji aldıqda ol daha yüksək səviyyəyə keçir, özü enerji verdikdə isə, əksinə aşağı səviyyələrə enir. Ən aşağı səviyyə isə nüvəyə ən yaxın səviyyədir. Elektronların enerji alması və ya şüalandırması yalnız müəyyən porsiyalarla (kvantlarla) baş verir. Yəni, elektronun öz yerini dəyişməsi üçün mütləq öz yerləşdiyi energetik səviyyənin enerjisinə bərabər miqdarda enerji udmalıdır. Və bu keçidlər sıçrayışla baş verir. Yəni, elektron bir orbitdən yox olaraq digər orbitdə peyda olur. Buna kvant sıçrayışı deyilir.

   İndi isə qayıdaq sualımıza. Elektron niyə nüvəyə cəzb olunmur və onun üzərinə düşmür ? Bu sualın cavabını ilk olaraq Nils Bor təklif etmişdir. O, bir neçə postulat irəli sürmüşdür. Bu postulatlardan birində deyilir ki, elektron nüvə ətrafında dairəvi, diskret orbitlər üzrə hərəkət edir və bu zaman enerji itirmir. Enerji itirmədiyinə görə də, o nüvənin üzərinə düşmür. Yəni elektron bir növ əbədi enerjiyə malikdir ki, həmin enerji nüvənin cazibəsini dəf edir və onu öz orbitində saxlayır.

  Yuxarıda deyilənlərə rəğmən, elektronun nüvənin üzərinə düşməsi halı mövcuddur. Buna "atom kollapsı" (collapse - dağılma) deyilir. Bu zaman elektron öz nüvəsi ilə toqquşur və nəticədə pozitron adlanan (elektronla eyni kütləli, lakin müsbət yüklü) zərrəciklər şüalanır. Bu halın baş verməsi üçün atom çox böyük kütləyə malik olmalıdır. Belə ki, nüvədə protonların sayı artıqca onların cəzbetməsi də yüksəlir. Nəticədə elektronlar artıq nüvə ətrafında qala bilmir və ona tərəf cəzb olunur. Atom öz - özünə məhv olur. Bu hal atom nömrəsi 137 - dən (son hesablamara görə 170 - dən) yuxarı olan atomlarda mümkündür. Lakin belə atomlar hələ kəşf olunmayıb. Buna baxmayaraq alimlər son illərdə atomun dağılmasını təmin edə biliblər və "atom kollapsı" anlayışının real olduğunu təsdiqləyiblər.

Facebookda paylaş
Twitterdə paylaş
Please reload

Ən çox oxunanlar :

Coğrafi adlarla adlandırılmış kimyəvi elementlər.

December 30, 2018

1/5
Please reload

Ən son paylaşılanlar :
Please reload

2019  ©  kimyachi.com

 Bütün hüquqlar qorunur.

Bizi izləyin :

  • Facebook - Grey Circle
  • Twitter - серый круг
This site was designed with the
.com
website builder. Create your website today.
Start Now