Kofein haqqında bilmədiyiniz faktlar.

16/02/2019

 

  Qəhvə, çay və energetik içkilərin tərkibində kofein mövcuddur. Kofein oyanıqlıq yaradır, təzyiqi yüksəldir və sizi daha gümrah edir. Lakin həddindən artıq kofein qəbul etmək ziyandır və ürək çatışmazlığına və digər problemlərə gətirib çıxara bilər. Bu məqalədə kofein haqqında bilmədiyiniz bəzi maraqlı məlumatları diqqətinizə çatdıracağıq.

  

 Energetik içkilərin tərkibində kofe ilə müqaisədə daha az kofein var.

  Çoxları belə düşünür ki, energetik içkilərin tərkibində daha çox kofein var, nəinki qəhvədə. Əslində isə tam əksinədir. Reallıqda bir fincan qəhvənin tərkibində 200 mq kofein olduğu halda, energetik içkinin bir bankasında cəmi 80 mq kofein mövcuddur. 

 

  Günə 500 mq kofein həddindən artıqdır.

  Qəhvə həvəskarlarını maraqlandıran əsas suallardan biri - gün ərzində nə qədər kofein qəbul etmək normaldır ? - Qəbul edilmişdir ki, gün ərzində 200 mq kofein normadır. Bu bir böyük və ya iki kiçik fincan qəhvə deməkdir. Gün ərzində 500 mq kofein isə ifratdır. Bu qədər kofein qəbul etmək sizi əsəbi edəcək və yuxusuzluğa gətirib çıxaracaqdır. Eyni zamanda bu miqdar kofein ürək döyüntülərinin də sayını artıracaq.

 

  Kofein asılılıq yaradır.

  Siz asanlıqla kofein aludəçisi ola bilərsiniz. Məlum olduğu kimi əksər insanlar kofeini çay, qəhvə və ya müxtəlif içkilərin tərkibində qəbul edirlər. Mənbədən asılı olmayaraq, kofeindən asılı vəziyyətə düşmək üçün elə də uzun zaman tələb olunmur. Əslində, siz cəmi 100 mq (bir fincan qəhvə) kofein qəbul etməklə artıq bu maddənin aludəçisinə çevrilə bilərsiniz. Yəni, məsələn siz gün ərzində 3 stəkan koka-kola içsəniz, bu kifayət edəcək ki, növbəti gün orqanizminiz yenidən kofein tələb etsin. Yeri gəlmişkən, məhz bu səbəbdən kola, energetik içkiləri içdikcə içmək istəyirsiniz.

 

  Kofein bədəndəki yağları əritməyə imkan verir. 

  Kofein həm də orqanizmin metabolik proseslərini sürətləndirən vasitədir. Bu həm də yağların parçalması proseslərinə aiddir. Dəri toxumalarında gedən metabolik prosesləri sürətləndirməklə, kofein sellülitli dərinin bərpasına şərait yaradır.

 

  Kofein içki sonrası "poxmel"i aradan qaldırmır.

  Bir çox insanlar elə düşünür ki, axşamkı içki məclisindən sonra səhər yaranan "poxmel"i energetik içki və ya qəhvə ilə aradan qaldırmaq olar. Əslinə qalsa, kofein baş ağrısında kömək edir. Siz hətta ona bəzi ağrıkəsici preparatların tərkibində də rast gələ bilərsiniz. Amma kofein sizi spirtin sonrakı təsirindən xilas etməyəcək.

 

Facebookda paylaş
Twitterdə paylaş
Please reload

Ən çox oxunanlar :

Coğrafi adlarla adlandırılmış kimyəvi elementlər.

December 30, 2018

1/5
Please reload

Ən son paylaşılanlar :
Please reload

2019  ©  kimyachi.com

 Bütün hüquqlar qorunur.

Bizi izləyin :

  • Facebook - Grey Circle
  • Twitter - серый круг
This site was designed with the
.com
website builder. Create your website today.
Start Now