Radioaktiv maddələrin təxmin etmədiyiniz tətbiq sahələri

19/06/2019

 

 Radioaktiv maddələrin zərəri haqqında hər kəs məlumatlıdır. Lakin təqribən bir əsr bundan əvvəl, hələ radioaktivliyin insan orqanizminə təsirinin tam öyrənilmədiyi bir vaxtda radioaktiv maddələr ən müxtəlif sahələrdə tətbiq olunurdu. Bu məqalədə onların bəziləri haqda danışacağıq.

 Radioaktiv izotopların zərəri sübut olunmazdan qabaq bu maddələri bəzi qida məhsullarına əlavə olunurdu. Bunlardan biri də mineral sular idi. Radithor adlı mineral içkinin tərkibinə radiumun 226 və 228 izotopları daxil edilirdi və bu suyu hər yerdən almaq olardı.

 Radioaktiv maddələrin insan orqanizminə xeyirli təsir etdiyinə inanan bəzi istehsalçılar onu şokolad və bir çox şirniyyat növlərinə də daxil edirdilər. Həm də bura təkcə radioaktiv elementlər deyil, həm də ağır metallar daxil idi.

 Radioaktiv maddələrə maraq həm də kosmetika sahəsində var idi. İstehsalçılar belə maddələri kirşan, krem və parfumeriya məmulatlarına əlavə edirdilər.

 Nə qədər qəribə səslənsə də radioaktiv maddələrin köməyi ilə hətta bəzi xəstəlikləri də müalicə etməyə çalışırdılar. Məsələn, radiasiyanın təsiri ilə qəbizlik, babasil, impotensiya və hətta saç tökülməsi də müalicə (guya) edilirdi.

 20-ci əsrin 30-cu illərində Amerikada radioaktiv maddələrin istifadə olunduğu salon və spa mərkəzləri ard - arda açılırdı. Belə "sağlamlıq prosedurları" ucuz başa gəlmirdi, bu səbəbdən həmin xidmətlərdən yalnız varlılar istifadə edə bilirdilər.

 Və ən nahayət atom turizmi. Amerikada, Las Veqas poliqnonunda atom silahlarının sınağına tamaşa etmək üçün yüzlərlə amerikalı can atırdı. Görüntü maraqlı olsa da, alınan şüalanma dozasının təsiri də "unudulmaz" idi. Əlbəttə o zaman həmin insanlar bundan bixəbər idilər.

Facebookda paylaş
Twitterdə paylaş
Please reload

Ən çox oxunanlar :

Coğrafi adlarla adlandırılmış kimyəvi elementlər.

December 30, 2018

1/5
Please reload

Ən son paylaşılanlar :
Please reload

2019  ©  kimyachi.com

 Bütün hüquqlar qorunur.

Bizi izləyin :

  • Facebook - Grey Circle
  • Twitter - серый круг
This site was designed with the
.com
website builder. Create your website today.
Start Now