Görünməyəni göstərmək yolunda ilk addım. Rentgen şüaları.

22/12/2017

  Dünən şagirdlərimdən biri dedi ki, "Müəllim, bilirsiz, bu gün rentgen şüalarının kəşf olunduğu gündür." Baxmayaraq ki, müxtəlif növ elektromaqnit şüaları kimyanın deyil, fizikanın tədqiqat sahələrinə aiddir, bu fikir məni rentgen şüaları haqda məqalə hazırlamağa sövq etdi.

  XIX əsrin sonlarına qədər insana heç bir fiziki xətər yetirmədən onun daxili orqanlarına və sümüklərinə baxmağın mümkünlüyü fikri bəlkə də çox az adamın ağlına gəlmişdi. Müasir dövrümüzdə isə artıq saysız hesabsız tədqiqat və müayinə üsulları mövcuddur ki, bunlar da rentgen müayinəsini həm effektivliyinə, həm də az zərərli olmasına görə üstələyir. Buna baxmayaraq, 1895 - ci ildə Vilhelm Rentgen laboratoriyada müxtəlif maneələrdən keçə bilən yeni növ şüalanma aşkar edəndə, bu həmin dövrdə böyük səs - küyə səbəb oldu.

  Vilhelm Rentgen yeni növ şüaları qaz boşalması borusunda apardığı təcrübələr zamanı aşkar etmişdir. O, müşahidə etdi ki, katod şüaları (yəni elektronlar) şüşənin səthi ilə toxunduqda həmin dövrdə hələ elmə məlum olmayan yeni növ şüalanma yaranır. Bu şüalar güclü nüfuzedici xassəyə malik idi və müxtəlif materiallardan keçə bilirdi. Katod şüalarının qarşısına metal maneə yerləşdirdikdə isə, elektronların onunla toqquşması nəticəsində şüalanma daha da güclənirdi. Rentgen bu şüaları X-şüalar (x-ray) adlandırdı. Biz isə həmin şüaları rentgen şüaları kimi tanıyırıq. Məlumdur ki, rentgen şüaları 0,1 nm dalğa uzunluğuna malik elektromaqnit şüalarıdır.

  Rentgen şüaları yüklü zərrəciklərin tormozlanması zamanı və ya elektronların atomun bir energetik səviyyəsindən digərinə keçməsi zamanı yaranır. Bu şüaları rentgen şüa borusunda yaratmaq mümkündür. Bu qurğuda katoddan buraxılan elektron axını anoda doğru hərəkət edir. Həmin elektronların anodla və ya hər hansı metal maneə ilə toqquşması zamanı onların tormozlanması baş verir və bu da rentgen şüalanmasına səbəb olur. Qeyd etmək lazımdır ki, toqquşma zamanı elektronun enerjisinin yalnız  1% - i rentgen şüalanmasının yaranmasına sərf olunur. Qalan 99 % enerji istilik şəklində ayrılır.

  Vilhelm Rentgen öz kəşfi barədə ilk dəfə 1895 - ci il Dekabr ayının 22 - si geniş ictimaiyyətə məlumat vermişdir. Dekabrın 28 - də isə onun yeni növ şüalanmaya aid olan məqaləsi çap olunmuşdur. Yeni şüaların canlı orqanizmlərin daxilinə nüfuz edə bilməsi xüsusiyyətindən tibbdə istifadə olunmağa (1896 - cı il 11 Yanvar) başlandı. 

 

  Yeri gəlmişkən, ilk rentgen - fotoşəkillərdən biri Vilhelm Rentgenin dostu Albert fon Killikerin sol əlinin təsviridir. Şəkil 1896 - cı il 23 Yanvar tarixində çəkilmişdir.

  Qeyd edim ki, Vilhelm Rentgen öz kəşfinə görə 1901 - ci ildə Fizika üzrə Nobel mükafatına layiq görülmüşdür.

Facebookda paylaş
Twitterdə paylaş
Please reload

Ən çox oxunanlar :

Kimyəvi elementlər insan olsaydı...

October 1, 2018

1/5
Please reload

Ən son paylaşılanlar :
Please reload

Arxiv :
Please reload

2017  ©  kimyachi.com

 Bütün hüquqlar qorunur.

Bizi izləyin :

  • Facebook - Grey Circle
  • Twitter - серый круг
This site was designed with the
.com
website builder. Create your website today.
Start Now