Niyə bəzi insanlar alkoqolizmə daha meyllidir ?

04/11/2018

 

  Hazırda bütün dünyada spirtli içkilərin geniş çeşidi mövcuddur və hər gün minlərlə ton bu cür içkilər içilir. Alkoqolun ziyanı barədə isə hər birimiz məlumatlıyıq. O qaraciyərin, mədə-bağırsaq sisteminin, böyrəklərin və digər orqanların sağlamlığına ciddi ziyan vurur. Eyni zamanda spirtli içkilər alkoqolizm adlanan ciddi bir asılılığın da səbəbkarıdır. Bəs niyə demək olar ki, hər bir insanın alkoqolu dadmasına baxmayaraq, o yalnız bəzilərində içki aludəçiliyinə, yəni alkoqolizmə səbəb olur ? - Bu sual üzərində düşünən alimlər bir müddət əvvəl müəyyən nəticələrə gəliblər. Bu məqalədə spirtin insan orqanizmində hansı proseslərə səbəb olduğu barədə danışacağıq.

  Spirt - kimyəvi dillə desək, etanol insan beyninə daxil olduqdan

sonra "həzz mərkəzi" adlandırılan orta beyinin ventral hissəsinin (və ya VTA) neyronları xoş əhval ruhiyyə yaradan dopamin mad-dəsini ifraz etməyə başlayır. Bu prosesi daha ətraflı öyrənmək üçün alimlər siçanlar üzərində sınaqlar həyata keçiriblər.

 Məlum olub ki, etanol beyində xüsusi zülal - "həzz mərkəzi" neyronlarının membranlarından kaliumun keçməsini təmin edən KCNK13 - ün işini bloklaşdırır. Bu zülal bloklanandan dərhal sonra neyronlar daha çox dopamin istehsal etməyə başlayır. Bu da xoş əhval ruhiyyə və həzz hissi yaradır. Amma KCNK13 zülalı olmadan etanol VTA neyronlarına təsir edə bilmir və alkoqol daha az həzz verir.

  Təcrübələrin gedişatı zamanı alimlər siçanların hüceyrələrində KCNK13 zülalının miqdarını süni surətdə 15% azaldıblar. Bundan sonra siçanlara spirtli içki verilib. Məlum olub ki, hüceyrələrində KCNK13 zülalı azaldılmış siçanlar adi siçanlarla müqaisədə 20-30% çox alkoqol qəbul edirlər. Bu belə izah olunub ki, neyronlarında KCNK13 az olması səbəbindən təcrübə siçanlarında dopamin azlığı yaranıb. Bu səbəbdən onlar digər siçanların aldığı qədər həzz almaqdan ötrü daha çox içki qəbul ediblər.

  Digər bir təcrübə zamanı isə müəyyən olunub ki, neyronlarında KCNK13 az olan siçanlar alkoqolun təsirinə qarşı 50% daha davamlı olurlar.

  Bu nəticələrdən belə qənaətə gəlmək olar ki, alkoqolizmə meyllilik anadangəlmə ola bilər. Belə ki, bəzi insanlar KCNK13 defisiti ilə doğulurlar. Bu səbəbdən belə insanlar həzz almaq üçün daha çox spirtli içki qəbul edirlər. Bu da onların gələcəkdə spirtli içki aludəçisi olmasına gətirib çıxara bilər.

Facebookda paylaş
Twitterdə paylaş
Please reload

Ən çox oxunanlar :

Kimyəvi elementlər insan olsaydı...

October 1, 2018

1/5
Please reload

Ən son paylaşılanlar :
Please reload

Arxiv :
Please reload

2017  ©  kimyachi.com

 Bütün hüquqlar qorunur.

Bizi izləyin :

  • Facebook - Grey Circle
  • Twitter - серый круг
This site was designed with the
.com
website builder. Create your website today.
Start Now