Teflon - həyatımızı rahatlaşdıran təsadüfi kəşf

18/01/2019

 

  Teflon və onun bir çox törəmələri ən müxtəlif sahələrdə, məsələn, avtomobillərdə ön şüşə təmizləyicilərində, şüşələrin üzərlərinə çəkilən örtüklərdə, yarımkeçirici istehsalında, islanmayan örtüklərin və ən nəhayət yanmayan tavaların hazırlanmasında istifadə olunur.

  Teflonu təsadüfən kəşf edən insan isə doktor Roy Plankett olub. O, işlədiyi şirkətdə kükürd 4-oksid və ammiak kimi xladagentlərin alternativləri üzərində çalışarkən buna nail olub.

 1938 - ci ildə doktor Plankett və köməkçisi Cek Rebok xladagentlərin alternativlərindən biri tetraflüoretilen (TFE) üzərində təcrübələr aparırdılar. Bu, maddə flüorun karbonla əmələ gətirdiyi rəngsiz qazdır. Təcrübələr nəticəsində Plankett təqribən 45 kq tetraflüoretilen əldə edə bildi. Maddələr kiçik metal balonlarda saxlanırdı.

  1938 - ci il 6 aprel tarixində səhər işə gələn Plankett və Rebok balonlardan birinin klapanını açsalar da, oradan qaz çıxmır. Qeyd edək ki, buna qədər qaz təzyiq altında saxlanmış və dondurulmuşdu. Balonun çəkisinə əsasən onun daxilindəki maddənin hələ də orada olduğu məlum idi. Baş verən hadisə Planket və kolleqasının marağına səbəb olub və onlar balonu kəsməyə qərar veriblər. Balonu kəsəndən sonra məlum olub ki, balona doldurulmuş tetraflüoretilen polimerləşərək ağ rəngli, muma bənzər politetraflüoretilen əmələ gətirib.

  Plankett dərhal alınmış maddəni sınaqdan keçirib və onun bir neçə aşağıdakı xüsusiyyətini aşkar edib :

  • O çox sürüşkən material idi. Hətta elmə məlum olan ən sürüşkən maddələrdən biri idi.

  • Korroziyaya uğramırdı.

  • Kimyəvi cəhətdən stabil idi.

  • Ərimə temperaturu həddindən artıq yüksək idi.

  Yeni maddənin kəşfindən 3 il sonra onun alınma prosesi patentləşdirilib və materiala " Teflon " adı verilib. Bundan da 4 il sonra teflonun kommersiya məqsədi ilə satışına başlanıb. Qiyməti çox baha olduğundan, ilk vaxtlar o yalnız sənayenin müəyyən sahələrində və hərbidə istifadə olunurdu.

  Sonralar onun tətbiq sahələri genişləndirilib. 1960 - cı ildə politetraflüoretilenin insan orqanizminə zərərini müəyyən etmək üçün siçanlar üzərində sınaqlar həyata keçirilib. Bu zaman heç bir kənar təsir müşahidə olunmayıb. Bundan sonra teflon özünün hal - hazırda nisbətən məşhur olduğu sahədə - tava və qazanların yanmaz örtüklərinin hazırlanmasında istifadə olunmağa başladı.

  Bu gün hamımızın adını eşitdiyi "Tefal" markası məhz teflon örtükdən istifadə olunmaqla hazırlanıb. Bu marka altında ilk tavanı isə 1954 - cü ildə fransız mühəndis Mark Qrequar hazırlayıb.

Facebookda paylaş
Twitterdə paylaş
Please reload

Ən çox oxunanlar :

Coğrafi adlarla adlandırılmış kimyəvi elementlər.

December 30, 2018

1/5
Please reload

Ən son paylaşılanlar :
Please reload

2019  ©  kimyachi.com

 Bütün hüquqlar qorunur.

Bizi izləyin :

  • Facebook - Grey Circle
  • Twitter - серый круг
This site was designed with the
.com
website builder. Create your website today.
Start Now