Sirkoniumun yeni kəşf olunmuş izotopu qeyri adi xassəsi ilə təəccübləndirib.

 Nyu York şəhər Universitetinin nəzdində fəaliyyət göstərən Hanter kollecinin mütəxəssisləri sirkoniumun qeyri adi izotopunu kəşf ediblər. Belə ki, bu izotoplar aktiv surətdə neytronları udurlar.

  Haqqında danışılan izotop Sirkonium-88 izotopudur. Bu izotopun fərqləndirici cəhəti onun neytronlarının sayının daha az olmasındadır. Adi Sirkonium-91 izotopu 50 neytrona malikdir. Təbiətdə rast gəlinməyən, radioaktiv Sirkonium-88 izotopunda isə cəmi 48 neytron mövcuddur. Nüvə reaktorunda şüalanma zamanı hər bir Sirkonium-88 izotopu yüksək neytron udma dərəcəsi göstərib ki, bu da elementin başqa izotopa - Sirkonium-88 izotopuna çevrilməsinə səbəb olub. Tədqiqatçılar bildiriblər ki, neytron udulması reaksiyası gözləniləndən 85000 dəfə daha artıq baş verib. Məlumat üçün qeyd edək ki, bu, son 70 ildə ən yüksək göstəricidir.

  Sirkoniumun bundan daha əvvəllər əldə edilmiş izotopları neytronları daha zəif udurdular və yalnız Ksenon-135 izotopu bu mənada Sirkonium-89 izotopunu qabaqlayır. Yüksək neytron tutuculuq qabiliyyəti olan izotoplar nüvə reaktorlarının idarə olunmasında istifadə oluna bilirlər. Belə ki, onlar sərbəst neytronları tutmaqla, nüvə reaksiyalarının sürətini azalda bilirlər.

  Hal-hazırda bu layihə hazırlanma mərhələsindədir və alimlər çox sayda izotopların xassələrini öyrənirlər.

  Mənbə : naukatv.ru

2017  ©  kimyachi.com

 Bütün hüquqlar qorunur.

Bizi izləyin :

  • Facebook - Grey Circle
  • Twitter - серый круг
This site was designed with the
.com
website builder. Create your website today.
Start Now