Superdözümlü yeni elastik material hazırlanıb.

 

 Los Ancelesdə yerləşən Kaliforniya Universitetinin tədqiqat qrupu Syanfen Duanın rəhbərliyi ilə yeni, istilik izolyator əldə ediblər. Əldə edilmiş material ekstrimal temperatur dəyişmələrinə qarşı davamlıdır. Belə ki, material saniyədə 275° C temperatur dəyişməsinə, 1000° C-dən yuxarı temperaturda uzunmüddətli saxlanma zamanı yüksək davamlılıq nümayiş etdirib. Materialın digər bir üstünlüyü isə, onun çox yüngül və elastik olmasındadır. Yenilik sənayenin müxtəlif sahələrində, o cümlədən kosmik texnologiyalarda tətbiq olunacaq. Yeni kəşf haqqında məqalə Science jurnalında dərc olunub.

 Yeni material təxminən 99% havadan ibarət olan keramik aerogeldir. Bu tip aerogellər uzun illərdir məlum olmasına baxmayaraq, onların temperatur dəyişmələrinə qarşı davamlılığı az idi. Yeni konfiqurasiya isə bu mənada öz sələflərini qabaqlayır. Onun sıxlığı cəmi 0,1 mq/sm³ - dir. Bu o deməkdir ki, material çox yüngüldür. Şəkildə onun gülün sütuncuğu üzərində necə dayandığı göstərilmişdir. Bununla yanaşı o yaxşı istilik izolyatorudur.

 Material bir - birinin üzərində yerləşmiş ikiqat bor nitrid təbəqəsindən ibarətdir. Bu strukturda atomlar altıbucaqlının künclərində yerləşmişdir. Unikal quruluş materiala qeyri adi deformasiya qabiliyyəti verir. Belə ki, əgər siz hər hansı elsatik materialı barmağınızla aşağı tərəf sıxsanız, o yastılaşacaq və yanlara tərəf enlənməyə başlayacaq. Yeni material isə özünü tamamilə başqa cür aparır. Ona perpendikulyar istiqamətdə təzyiq göstərdikdə yastılaşır, amma yanlara genişlənmir, sıxılır.

 "Bu materiallar kosmik aparatların, avtomobillərin və digər xüsusi cihazların istilik izolyasiyası kimi istifadə oluna bilər. Onlar eyni zamanda istilik enerjisinin saxlanması, kimyəvi kataliz və məhlulların filtrlənməsi üçün də istifadə oluna bilər" - deyə, tədqiqat rəhbəri Duan bildirib.

 Mənbə : nauka.vesti.ru

2017  ©  kimyachi.com

 Bütün hüquqlar qorunur.

Bizi izləyin :

  • Facebook - Grey Circle
  • Twitter - серый круг
This site was designed with the
.com
website builder. Create your website today.
Start Now