Almaniyalı kimyaçılar şüşə məmulatların 3D çapı üçün istifadə

oluna bilən polimer yaradıblar.

  Karlsrue Texnoloji institutunun bir qrup alimi 3D printerdə təmiz və şəffaf kvars şüşədən məmulatlar çap etmək üçün yararlı olan yeni material kəşf ediblər. Yeni texnologiya laboratoriya üçün mikroavadanlıqların, optik sxemlərin elementlərinin istehsalını həyata keçirməyə və eyni zamanda adi şüşəüfürmə sənayesi vasitəsilə hazırlanması çox çətin və hətta mümkünsüz olan çox incə və təkrarolunmaz şüşə məmulatların hazırlanması üçün istifadə oluna bilər.

  3D printer hər hansı real obyekti onun üçölçülü modeli əsasında qat - qat qurur. Bu printer 2010 - cu ildə kəşf olunduqdan sonra qısa müddətdə böyük populyarlıq qazanıb. Yaxın zamana qədər 3D printerlərin köməyilə yalnız polimerlərdən, keramikadan və metaldan keyfiyyətli obyektləri almaq mümkün idi. Bu mənada şüşənin istifadəsi bir qədər çətindir. Çünki şüşəni hətta sənayedə emal etmək kifayət qədər çətin başa gəlir.

  Şüşənin emalında əsas çətinlik, onu yumşaltmaq üçün 1000  C qədər qızdırılmanın tələb olunmasıdır. Düzdür, buna qədər artıq şüşə məmulatların üçölçülü çapı həyata keçirilmişdi. Lakin, əldə edilmiş şüşə detallar kifayət qədər şəffaf və hamar deyildi və bu da onların optik sxemlərin hissələrində tətbiqinə məhdudiyyətlər yaradırdı.

  Şüşə məmulatların 3D çapının dəqiqliyini artırmaqdan ötrü Karlsrue Texnoloji institutunun polimer kimyası üzrə mütəxəssisləri Bastian Rappın (Bastian Rapp) rəhbərliyi ilə "maye şüşə" adlandırıla biləcək polimer kompozisiya materialı əldə etməyə nail olublar. Bu material diametri 40 nm olan silisium oksid nanohissəcikləri ilə hidroksietilmetakrilatın qarışığından ibarətdir. Hidroksietilmetakrilat - ultrabənövşəyi işığın təsiri ilə polimerləşmə reaksiyasına daxil olan monomerdir.

  Yeni kəşf etdikləri "şüşə mürəkkəb"i 3D çapa uyğunlaşdırmaqdan ötrü tədqiqatçılar onun tərkibindən həlledicini ayırmalı oldular. Çünki o fotopolimerləşmənin effektivliyini aşağı salır. Eyni zamanda, onlar hidroksietilmetakrilatın tərkibindən onun trimerləşmə məhsullarının nisbətini azaltmalı oldular.

  Məmulatın 3D printerdə çapı digər polmerlərin istifadəsində olduğu kimi aparılır. Bundan sonra isə alınmış detal iki mərhələdə qızdırılır : birinci mərhələ polimerin yandırılması, 1300  С temperaturda aparılan ikinci mərhələ isə silisium oksidin bişirilməsi məqsədilə həyata keçirilir. Bütün bu əməliyyatlar nəticəsində təmiz kvars şüşədən şəffaf məmulat əldə edilir.

  Yeni texnologiya sayəsində bir sıra şüşə obyektlər : mikrolinzalar sistemi, içərisində mikrometr ölçüdə kanallar olan şüşə lövhəcik və əlbəttə ki, Karlsrue Texnoloji institutunun loqotipi çap olunub.

  Mənbə : elementy.ru

2017  ©  kimyachi.com

 Bütün hüquqlar qorunur.

Bizi izləyin :

  • Facebook - Grey Circle
  • Twitter - серый круг
This site was designed with the
.com
website builder. Create your website today.
Start Now