"Qırmızı texnesiumun" quruluşunu müəyyən etmək mümkün olub.

  ABŞ - dan olan tədqiqatçılar texnesiumun oksidləşmə məhsulu olan "qırmızı texnesium"un quruluşunu müəyyən edə biliblər. 50 ildir ki, alimlər bu sahədə baş sındırsalar da, uğur yalnız indi əldə olunub. Bu maddənin quruluşunu müəyyən etməkdən ötrü alimlər udulma spektrlərinin kvant-mexaniki modelləşdirilməsindən və əldə olunan məlumatların təcrübi nəticələrlə müqaisəsindən istifadə ediblər. Ehtimal olunan quruluş onun uçuculuğunun səbəbini müəyyən etməyə və istifadə olunmuş nüvə yanacağı və onun tullantıları probleminin aradan qaldırılmasına kömək göstərə bilər.

  Texnesium (Tc) - atom nömrəsi 43 olan və dövri sistemin 7 - ci qrupunda yerləşən elementdir. Bu elementin məlum olan izotoplarından daha çox maraq kəsb edəni Tc - 99 izotopudur. Bu izotopun iki izomeri mövcuddur. Onlardan birinin yarımparçalanma periodu cəmi 6 saatdır və bu izotopdan tibbdə radiokimyəvi preaparat kimi istifadə olunur.

  Digər, daha uzunömürlü izotopun yarımparçalanma periodu isə 212000 ildir və bu izotop daha təhlükəlidir. Bu izotop nüvə reaktorlarında U-235 və ya Pu-239 nüvələrinin parçalanması nəticəsində yaranır. Reaktorlarda yaranan Tc-99 izotopunun zərərsizləşdirilməsi məqsədilı onu borsilikat şüşələrinin istehsalında istifadə edirlər. Belə emal prosesində çətinlik yaradan əsas məsələ yüksək temperaturlu emal prosesində texnesiumun uşucu birləşmələrinin əmələ gəlməsidir. Belə uçucu birləşmələrin əksəriyyəti ətraflı tədqiq olunsa da, onların bəzilərinin quruluşu haqqında çox az məlumat mövcuddur. Belə birləşmələrdən biri, "qırmızı texnesium"dur.

    "Qırmızı texnesium" ilk dəfə 1967 - ci ildə aşkar olunub. Belə ki, alimlər pertexnesium (HTcO4) turşusu ilə tədqiqatlar apararkən müşahidə ediblər ki, turşunun qatılığını artırdıqda qırmızı rəngli bərk maddə alınır ki, o da öz növbəsində qırmızı yağımtıl maddəyə çevrilir. 

  Qeyd olunan maddənin quruluşunu müəyyən etmək amerikalı alimlər Kit Louler (Keith Lowler) və Pol Fosterə (Paul Foster) müəssəl olub. Onlar sirrli qırmızı maddənin formulunu müəyyən etməkdən ötrü texnesium dioksidin (TcO2) su iştirakı ilə molekulyar oksigenlə oksidləşməsi prosesini tətqiq ediblər. Tədqiqat nəticəsində pertexnesium turşusunu (HTcO4), onun hidratlarını və "qırmızı texnesium" olduğu ehtimal olunan TcO3(OH)(H2O)2 tərkibli bir birləşmə alınıb. Lakin, bu maddələrin heç biri spektrlərdə 505 nm - lik xarakterik udulma spektri göstərməyiblər.

  Buna baxmayaraq, Louler və Foster tədqiqatı davam etdirməyə qərar veriblər. Onlar texnesiumun bütün oksigenli törəmələrinin kvant-kimyəvi tədqiqatını həyata keçiriblər. Tədqiqatlar elektron quruluşunun modelləşdirilməsi məqsədilə aparılıb. Nəticədə alimlər belə qənaətə gəliblər ki, axtarılan quruluşa ən yaxın quruluş texnesium - 5 oksidin dimeridir (Tc4O10).

  Təklif olunan formul və quruluş "qırmızı texnesiumun" bütün xassələrini izah edir. 

Mənbə : elementy.ru

2017  ©  kimyachi.com

 Bütün hüquqlar qorunur.

Bizi izləyin :

  • Facebook - Grey Circle
  • Twitter - серый круг
This site was designed with the
.com
website builder. Create your website today.
Start Now