Alimlər nadir üçbucaq formalı molekulun təsvirini əldə ediblər.

 

  IBM şirkətinin alimləri Uorvik (Warwick) universitetinin tədqiqatçıları ilə birlikdə 1953 - cü ildən bəri yalnız nəzəriyyədə mövcud olan və digər adı "Kler karbohidrogeni" olan trianquleni (C22H12  ) sintez etməyə və onun molekulunun təsvirini əldə etməyə nail olublar. Qeyd etmək yerinə düşər ki, trianqulen molekulları kimyəvi cəhətdən çox aktivdirlər və ilkin vəziyyətdə yalnız çox qısa müddətdə mövcud ola bilirlər. Alimlərin bu birləşməyə bu qədər maraq göstərmələrinin səbəbi isə onun qeyri adi maqnit xüsusiyyətlərinə malik olmasıdır ki, bu xüsusiyyətlərdən kvant hesablamalarında istifadə etmək mümkündür.

  Trianqulen molekullarının sintezi kimya üçün ənənəvi olmayan metodla həyata keçirilmişdir. Alimlər bu məqsədlə atom - qüvvə və tunnel mikroskoplarının iti ucluqlarının kombinasiya edilmiş formasından istifadə ediblər. Onlar bu iti ucluqdan sanki cərrah skalpeli kimi istifadə edərək ilkin molekuldan iki hidrogen atomunu ayırmağa nail olublar. Kimyəvi rabitələrin qırılması üçün isə, mikroskopun ucluğunda yaradılan böyük gərginlik altında "tunellənən" yüksək enerjili elektron selindən istifadə olunmuşdur.

  Aparılmış əlavə ölçmələr göstərdi ki, trianqulen molekulunun əsas xassələri öncədən proqnozlaşdırılan hesablama nəticələrinə uyğundur. Bir - birinə "yapışmış" altı benzol halqasından ibarət olan bu yastı molekulun təsvirini isə elə yuxarıda adı çəkilən mikroskopun ucluğu vasitəsilə əldə etmək mümkün olmuşdur.

  "Bəzi siqma radikalların öyrənilməsi zamanı biz şahid olurduq ki, onların sərbəst elektronları demək olar ki, həmişə qurğunun misdən hazırlanan hissəsi reaksiyaya daxil olurlar. Bu halda isə, həmçinin sərbəst radikallara aid olan trianqulenin sərbəst elektroları mis atomları ilə birləşmirdilər ki, bu da bizi təəccübləndirdi. Biz belə güman edirik ki, bu o səbəbdən baş verib ki, bu molekulda sərbəst elektronlar delokallaşmışdır." - deyə, Uorvik universitetinin alimi Aniş Mistri (Anish Mistry) bildirmişdir.

  Məhz bu delokallaşmış elektronlar trianqulen molekulunu alimlər üçün bu qədər maraqlı edir. Belə ki, klassik fizikada, fəzada hərəkət edən yüklü zərrəcik müəyyən bucaq momentinə malik olur və öz ətrafında maqnit sahəsi yaradır. Kvant mexanikası nöqteyi - nəzərindən isə, belə zərrəcik spin adlandırılan müəyyən bucaq momentinə həm malik ola, həm də olmaya bilər. Adi karbohidrogenlərin bir çoxunun molekullarında elektronlar cüt yerləşir və onların spinləri bir - birinə əks yönəlir. Fırlanan sərbəst elektronların mövcudluğu trianqulen molekulunda kvant - molekulyar səviyyədə qeyri adi maqnit xüsusiyyətlər meydana çıxarır. 

  Mənbə : sci-dig.ru

2017  ©  kimyachi.com

 Bütün hüquqlar qorunur.

Bizi izləyin :

  • Facebook - Grey Circle
  • Twitter - серый круг
This site was designed with the
.com
website builder. Create your website today.
Start Now