Volfram ditelluridi çoxaltmaq mümkün olub.

 

  Pensilvaniya universitetindən bir qrup alim dünyada ilk dəfə olaraq, unikal material hesab olunan və qalınlığı cəmi 3 atom təşkil edən, ikiölçülü struktura malik volfram ditelluridi (WTe2) sintez edərək çoxaltmağa nail olublar. Digər ikiölçülü materiallardan fərqli olaraq volfram ditellurid topoloji elektron vəziyyəti adlanan xüsusiyyətə malikdir. Bu isə o deməkdir ki, material eyni zamanda bir neçə müxtəlif elektron xüsusiyətlərinə sahib ola bilir.

  İkiölçülü materialların topoloji elektron hallarına sahib olması haqqında nəzəriyyə bir müddət əvvəl Pensilvaniya universitetinin professorları Çarlz Keyn (Charles Kane) və Kristofer H. Braun (Christopher H. Browne) tərəfindən təklif olunmuşdu. Və indi, Ceyms Kikkoanın (James Kikkawa) qrupu volfram ditelluridin ilk nümunələrini sintez etdikdən və onun xassələrini öyrəndikdən sonra həmin nəzəriyyə öz təsdiqini tapdı.

  Yeni material buxar fazadan çökdürmə metodu ilə əldə edilmişdir. Alimlər əvvəlcə boruşəkilli sobanın içərisinə volfram nümunəsi yerləşdirmiş, temperatur lazımi həddə çatdıqdan sonra isə həmin sobaya tərkibində tellur atomları olan qaz ötürmüşlər. 

  Açıq havada volfram ditellurid sürətlə parçalanır. Lakin alimlər onu, tədqiqat aparmaq üçün kifayət edəcək müddətə saxlamağın yolunu tapıblar. Materialın ilk nəzərə çarpan xüsusiyyəti bu olmuşdur ki, o, düzbucaq formalı kristallar əmələ gətirir. 

  "Volfram ditellurid cəmi 3 atom qalınlığında struktura malik olduğundan, onun müxtəlif hissələrində müxtəlif cür quruluşa rast gəlmək olar. Belə ki, bu 3 atom bir - birinə nəzərən müxtəlif məsafələrdə yerləşə bilər ki, bu da materialın müxtəlif hissələrinin xassələrinin müxtəlifliyinə səbəb olur." - deyə, tədqiqatçılar bildiriblər.

  Volfram ditelluridin digər bir xassəsi ondan ibarətdir ki, o topoloji izolyatordur. Bu isə o deməkdir ki, bu nümunədən elektrik cərəyanı buraxdıqda, cərəyan metallarda olduğu kimi bütün həcm boyu deyil, nümunənin yalnız kənar səthləri ilə hərəkət edir.​

  Mənbəsci-dig.ru

2017  ©  kimyachi.com

 Bütün hüquqlar qorunur.

Bizi izləyin :

  • Facebook - Grey Circle
  • Twitter - серый круг
This site was designed with the
.com
website builder. Create your website today.
Start Now