Si – H rabitəsini metalların iştirakı olmadan, xlorid turşusu ilə

katalitik xlorlaşdırmaq mümkündür.

  Xlorsilanlar – kimya sənayesində istifadə olunan ən əsas katalizatorlardandır. Bu birləşmələrin əksəriyyəti Si – H rabitəsinin xlorlaşdırılması hesabına əldə olunur. Belə xlorlaşdırma prosesləri bir qayda olaraq, zəhərli və bahalı metal tərkibli reagentlərin istifadəsi ilə həyata keçirilir. Tel – Əviv Universitetindən olan tədqiqatçılar Si – H rabitəsinin metal iştirakı olmadan xlorlaşdırılmasının yeni, sadə, selektiv və yüksək effektli üsulunu hazırlayıblar. Bu üsulda katalizator kimi tris (pentaflüorfenil) boran birləşməsi (C6F5)3, xlorlaşdırıcı agent kimi isə HCl istifadə olunur. Tədqiqatın nəticələri dünyanın ən nüfuzlu kimya jurnallarından biri olan Angewandte Chemie International Edition jurnalında dərc olunub.

  Xlorsilanların ümumi formulu R3Si – Cl (burada R – hər hansı üzvi qrup, hidrogen və ya xlor ola bilər) şəklindədir. Demək olar ki, heç bir çoxmərhələli üzvi sintez prosesi bu reagentlərin iştirakı olmadan aparılmır. Belə ki, xlorsilanların köməyi ilə üzvi molekulun tərkibindəki aktiv qrupları “mühafizə etmək” olur. Məsələn, əgər molekulun tərkibində bir neçə aktiv qrup varsa, onlardan birini xlorsilanlar vasitəsi ilə seçici olaraq (digər qruplara toxunmadan) bloklaşdırmaq olar. Bu o məqsədlə edilir ki, digər qruplar üzərində arzuolunan reaksiyaları apardıqda, mühafizə olunan qrup reaksiyada iştirak etməsin.

  Silanlar xlorla bilavasitə reaksiyaya daxil olmurlar. Xlorsilanların sənayedə alınma üsullarını şərti olaraq iki qrupa : stexiometrikkatalitik üsullara ayırmaq olar. Stexiometrik üsulda xlorlaşdırılması tələb olunan rabitənin hər bir moluna müəyyən mol miqdar aktivləşdirici reagent tələb olunur. Katalitik üsulda isə katalizator molekulu xlorlaşdırma üçün aktivləşdirir, özü isə dəyişilməz qalır. Stexiometrik üsul Si – H rabitəsinin xlorlaşdırılması qalay xlorid, tetraxlor metal kimi təhlükəli birləşmələrin iştirakı ilə həyata keçirilir. Katalitik üsulda zərərli maddələr istifadə olunmasa da, burada palladium (Pd) kimi bəzi nadir və bahalı metalların iştirakı tələb olunur.

  Tel – Əviv Universitetinin tədqiqatçıları silisiumun hidrogenlə rabitəsinin C – H rabitəsinə nisbətən daha zəif olmasından istifadə edərək Sİ – H rabitəsini aktivləşdirmək məqsədilə tris (pentaflüorfenil) boran birləşməsini tətbiq ediblər. Belə ki, bu birləşmə zəhərli deyil və nisbətən ucuz başa gəlir. (C6F5)3 – da flüorfenil halqaları elektron sıxlığını özünə tərəf çəkdiyinə görə, bor Si – H rabitəsindəki mənfi yüklü hidrogeni özünə tərəf çəkir, bunun da nəticəsində rabitə zəifləyir və HCl – un tərkibindəki xlor atomu hidrogeni əvəzləyə bilir.

  Qeyd edək ki, tədqiqatçılar reaksiyaları həm tris (pentaflüorfenil) boran, həm də onun müxtəlif efiratları və müxtəlif radikalların iştirakı ilə alınmış modifikasiyalarından istifadə ediblər.

Mənbə : elementy.ru

2017  ©  kimyachi.com

 Bütün hüquqlar qorunur.

Bizi izləyin :

  • Facebook - Grey Circle
  • Twitter - серый круг
This site was designed with the
.com
website builder. Create your website today.
Start Now