Tibbdə inqilabi yenilik. Genetik dərmanlar.

  Amerika dərman bazarında tamamilə yeni növ dərmanın - genetik preparatların satışına başlanacaq. Bu cür inqilabi yeniliyin həyata keçməsinə 20 il vaxt sərf olunub.

  Amerika ərzaq məhsulları və dərman preparatlarına Sanitar Nəzarət idarəsi RNT - interferensiya metoduna əsaslanan ilk preparatın istehsalına icazə verib. Bu müalicə metodu genetik xəstəliklərin qarşısının alınmasına məqsədilə xəstəliyə səbəb olan kokret genlərin "söndürülməsinə" əsaslanır. Alnylam Pharmaceuticals şirkətinin (kommersiya adı Onpattro) istehsalı olan dərman ürəyin fəaliyyətinə və periferik sinir sisteminə təsir edən nadir genetik xəstəliyin müalicəsi üçün nəzərdə tutulub.

  RNT - interferensiyası metodu ilk dəfə genetik Endryu Fayerin məqaləsində (1998, "Nature" jurnalı) təsvir olunub. Kəşf o qədər perspektivli hesab olunmuşdu ki, 2006 - cı ildə Fayer və Kreyq Mello buna görə fiziologiya və tibb üzrə Nobel mükafatı da almışdılar.

  Qeyd olunan kəşfi kommersiya məhsuluna çevirmək isə bir o qədər də asan başa gəlməyib. Məsələ burasındadır ki, həssas RNT molekulları qanda parçalanaraq böyrəklər vasitəsilə xaric olunurdular və xəstə orqana gəlib çıxa bilmirdilər. Alnylam şirkətinin mütəxəssisləri bu problemi həll etməkdən ötrü 2003 - cü ildə təklif olunan bir metoda müraciət ediblər. Belə ki, RNT molekullarını qan - damar sisteminin təsirindən qorumaq məqsədilə onların üzəri piy nanohissəciklərlə örtülür. Beləcə, RNT molekulları böyrək və qaraciyərə toxunulmaz halda gəlib çata bilirlər.

  Dərman, irsi xəstəlik olan amiloidal polineyropatiya (tam adı, polineyropatiyalı transtiretin amiloidoz ) müalicəsində istifadə olunur. Klinik sınaqlarda irsi olaraq bu xəstəlikdən əziyyət çəkən 225 xəstə iştirak edib. Bu insanlarda periferik sinir sisteminin işində problemlər özünü onların gəzməsində problem yaranması şəklində göstərib. Sınaqlardan sonra xəstələrin hərəkət sürətlərində xeyli yaxşılaşma müşahidə edilib.

2017  ©  kimyachi.com

 Bütün hüquqlar qorunur.

Bizi izləyin :

  • Facebook - Grey Circle
  • Twitter - серый круг
This site was designed with the
.com
website builder. Create your website today.
Start Now