Dezoksiriboza və karbon qazından təbiətdə parçalana bilən polimer əldə edilib.

  Polimerlər artıq ucuz, möhkəm, uzunömürlü material kimi özlərini təsdiq ediblər. Hal - hazırda bu materiallar demək olar ki, hər sahədə istifadə olunurlar : adi paketlərdən tutmuş, tikinti materiallarının istehsalına qədər... Polimer materialların ən əsas çatışmazlığı isə ondan ibarətdir ki, onlar ətraf mühiti çox çirkləndirirlər. Və bu çirklənmənin təbii yolla aradan qalxması, yəni həmin materialların parçalanması üçün yüzilliklər lazımdır. Bu səbəbdən son illərdə təbiətdə daha asan və tez parçalana bilən polimer materiallarının sintez olunması məsələsi çox aktualdır. Bu baxımdan son illərdə istehsal olunan polimer materiallarından polilaktidin (süd turşusu polimeri) xüsusi rolu var. Bu materialdan polietileni əvəz etmək üçün istifadə etmək olar. Polilaktidin istehsal texnologiyasının hazırlanması isə "yaşıl polimer"lərin alınması istiqamətində önəmli addımdır.

  Bat Universitetinin (The University of Bath) tədqiqatçıları dezoksiriboza və karbon qazından tsiklik birləşmənin alınması prosesini işləyib hazırlayıblar. Hansı ki, həmin bu tsiklik birləşmədən təbiətdə asan parçalanan polikarbonat plastikin istehsalı üçün monomer kimi istifadə etmək mümkündür. Tədqiqat qrupunun əsas məqsədi yeni nəsil, təbiəti nisbətən az çirkləndirən plastik materialların əldə edilməsi olmuşdur. Bu materiallardan plastik paketlər, kompakt-disklər və bəzi digər plastik məmulatlar hazırlamaq mümükündür.

  Yeni metodun mahiyyəti. Birinci mərhələdə məhlulda olan monosaxarid otaq temperaturunda həmin məhluldan buraxılan CO2 ilə qarşılıqlı təsirdə olur. Nəticədə tsiklik formalı mürəkkəb efir və tsiklik karbonat alınır. Həmin bu tsiklik karbonat polikarbonat sintezi üçün monomerdir. İkinci mərhələdə karbonat monomer tsiklik zəncirin açılması ilə polimerləşmə reaksiyasına daxil olur və nəticədə yeni növ polikarbonat əldə olunur. Proses həm də nisbətən qısa müddətə (təxminən 1 saata) başa gəlir. 

  Monosaxarid və karbon qazından alınmış yeni polimerin fiziki xassələri demək olar ki, neft məhsullarından alınan polikarbonatların (polietilen, polipropilen və s.) fiziki xassələri ilə eynidir. Belə ki, o şəffafdır, möhkəmdir və mexaniki təsirlərə qarşı davamlıdır. Yeni polimerin digərlərindən əsas fərqi və üstünlüyü isə ondan ibarətdir ki, o təbiətdə torpaq bakteriyaları tərəfindən ifraz olunan fermentlərin təsiri ilə başlanğıc maddələrə - monosaxaridə və karbonatlara parçalana bilir. Bu isə o deməkdir ki, təbiət daha az çirklənir. Belə ki, karbonatlar torpaqda əhəngdaşı və sair minerallara çevrilir. Monosaxaridlər isə torpaqdakı canlılar tərəfindən qida kimi mənimsənir.

  Yeni monosaxarid-polikarbonat qida qablaşdırmalarının, paketlərin hazırlanmasında istifadə oluna bilər. Eyni zamanda ondan tibbdə müxtəlif implantların hazırlanmasında da istifadə edilə bilər. 

  Onu da qeyd edək ki, Britaniya alimləri bu prosesdə dezoksiribozanı riboza və mannoza kimi monosaxaridlərlə əvəz etməyin mümkünlüyü üzərində də araşdırmalar aparırlar.

 

  Mənbə : elementy.ru

2017  ©  kimyachi.com

 Bütün hüquqlar qorunur.

Bizi izləyin :

  • Facebook - Grey Circle
  • Twitter - серый круг
This site was designed with the
.com
website builder. Create your website today.
Start Now