İlbizlərdən ruhlanan alimlər təkrar istifadə oluna bilən

yeni super yapışqan yaradıblar.

 

 Eyni skotçu təkrar istifadə etmək istəyən hər kəs bilir ki, onun yapışqanlığı əvvəlki kimi olmur. Bu günkü gün üçün mövcud olan bütün yapışqanlar demək olar ki, eyni xassəyə malikdirlər.

 Lakin, Pensilvaniya və Lihay universitetlərindən olan tədqiqatçılar yeni, öz yapışqan xüsusiyyətlərini təkrar istifadə üçün də saxlaya bilən super yapışqan əldə ediblər. Bu maddə ilbizlərin istifadə etdiyi adgeziya (ilişmə) mexanizmini təkrar edir.

 İlbizlər rütubət çatışmazlığı vaxtı bədənlərinin qurumasının qarşısını almaq məqsədilə öz çanaqlarını dayandıqları səthə sıx yapışdırırlar. Bu zaman səthlə çanağın qıraqları arasında nazik təbəqə - epifraqma yaranır. Bunun sayəsində bu molyusklar hətta şaquli səthlərə də möhkəm yapışa bilirlər. Bu cür yapışma əsasən gündüz saatlarında müşahidə olunur. Axşamlar rütubət artığına görə, bərkimiş yapışqan yumşalır və onun adgeziv xüsusiyyətləri tam olaraq dəyişir.

 Yeni kəşf təsadüfən baş verib. Alimlər digər bir layihə üzərində işləyərkən polihidroksietilmetakrilat (pHEMA) tərkibli hidrogeldən istifadə ediblər. Təcrübələr zamanı müşahidə olunub ki, bu maddə öz xüsusiyyətlərinə görə ilbizlərin ifraz etdiyi yapışqana bənzəyir.

 Sonrakı eksperimentlər göstərib ki, pHEMA islandıqda yumşalır, quruduqdan sonra isə dəmir kimi möhkəm yapışır. Yeni yapışqan həm hamar səthləri, həm də kələ-kötürlükləri yapışdıran zaman istifadə oluna bilər. Polimerin digər unikal xüsusiyyəti ondan ibarətdir ki, o həm də təkrar olaraq istifadə oluna bilər.

 Yeni yapışqanın tətbiq sahələrinə gəldikdə isə, onun istfadəsini məhdudlaşdıran yeganə amil - rütubətdir. Lakin tədqiqatçılar yapışqanın xüsusiyyətlərini təkmilləşdirməklə, onun tətbiq sahələrini genişləndirmək fikrindədirlər.

 Mənbə : nauka.vesti.ru

2019  ©  kimyachi.com

 Bütün hüquqlar qorunur.

Bizi izləyin :

  • Facebook - Grey Circle
  • Twitter - серый круг
This site was designed with the
.com
website builder. Create your website today.
Start Now