Nanohissəciklər vasitəsilə zülalları "diriltmək" mümkün oldu.

 

  Sankt-Peterburq İ.T.M.O universitetinin və Yerusəlimdəki Yəhudi universitetinin alimləri kimyəvi denaturasiyaya uğramış zülalın quruluşunu bərpa etməyə nail olublar. Metodun əsasını, denaturasiyaya uğramış zülal molekulları ilə alüminium oksid nanohissəciklərinin suda elektrostatik qarşılıqlı təsiri təşkil edir. Qeyd etmək vacibdir ki, bu metod təkcə bir maddənin molekulları üçün deyil, həm də bir neçə növ zülaldan təşkil olunmuş sistemlər üçün də effektivdir. Belə ki, buna qədər məhlulda zülal qarışığının strukturunu bərpa etmək heç kimə müəssəl olmamışdı. Nəzəri cəhətdən, bu üsul Altsqeymeyr və Parkinson kimi xəstəlikərin müalicəsində istifadə olunan zülal tərkibli preparatların istehsalını asanlaşdıra və ucuzlaşdıra bilər. Tədqiqatın nəticələri "Scientific Reports " jurnalında dərc olunmuşdur.   

  Müasir dövrdə qida və dərman sənayesində zülalların istehsalı, onların müxtəlif reagentlərin (turşu və qələvilərin) təsiri ilə denaturasiyaya uğraması səbəbindən çox baha başa gələn və az effektli olur. Həmçinin, qida və dərman məhsulları eyni zamanda bir neçə zülal əsasında istehsal olunduğundan, digər bir vacib məsələ, onların ayrı - ayrı zülallara ayırmadan, məhz ümumi qarışığın renaturasiyasına nail olmaqdır.

  Rusiya və İsrail alimləri iki məsələni birdən həll etməyi bacardılar. Onlar qüvvətli qələvi məhlulunda denaturasiyaya uğramış zülalları (fermentləri) sudə həll olmayan alüminium oksi-hidroksidin nanohissəcikləri ilə su mühitində qarışdırdılar. Yaranmış elektrostatik qarşılıqlı təsirin sayəsində fermentlər nanohissəcikləri öz səthlərinə çəkməyə başladılar. Zülal molekullarının səthində yaranmış nanohissəciklərdən ibarət örtük onların denaturasiyaya uğramış zülallar kimi yapışmasının qarşısını aldı. Nəticədə alimlər zülalları qələvi mühitdən rahatlıqla ayıra bildilər. Daha sonra ayrılan nümunələr denaturasiya olmuş qalıqlardan yuyuldu və nəticədə fermentlər özləri öz strukturlarını bərpa etdilər. 

  Alimlər yeni metodu həm də iki fermentin : karboanhidrazanın (CAB) və fosfotazanın (AcP) qarışığına da tətbiq etdilər ki, bu maddələrdə renaturasiya olmuş molekulların faiz nisbəti yarıdan çox oldu.

  Mənbə : sci-dig.ru

2017  ©  kimyachi.com

 Bütün hüquqlar qorunur.

Bizi izləyin :

  • Facebook - Grey Circle
  • Twitter - серый круг
This site was designed with the
.com
website builder. Create your website today.
Start Now